image-0b732643-53d9-384b-8831-0fe3cf8fe506_850backend

Fransanın sabiq prezidenti ibtidai insanlar haqqında cizgi filmi səsləndirəcək

image-reklam_sirab_01

Fransanın keçmiş prezidenti Fransua Olland ölkənin məşhur cizgi serialı və ibtidai insanlardan bəhs edən “Şəhərdə çaxmaq daşı” komiksi əsasında çəkilmiş tammetrajlı filmin obrazını səsləndirəcək.

Bu barədə DNA məlumat yayıb.

Filmin rejissoru eks-prezidentin hansı obrazı səsləndirəcəyini açıqlamasa da, ekran əsərinin onun dilindən başlayacağını və bu səsin hekayə boyu eşidiləcəyini vurğulayıb. Səs yazısında eks-prezidentin həyat yoldaşı, aktrisa Culi Qaye də iştirak edib. Bildirilir ki, o, gələcək filmdəki personajlardan biri üçün replikalar da yazıb.

Filmin 2023-cü ildə nümayiş olunacağı gözlənilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki