Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və aşağı sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. İnziati ərazi vahidi kimi rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozluçayboyu, Köndələnçayboyu, arazboyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpə, Qarabulaq kurqanlarında, Günəştəpədə Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq–alim Məhəmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal –Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 kilometr aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var. Bu abidələr içərisində Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsirin sonu), Babı türbəsi (1273-cü il), Qarqabazarı kəndində Hacıqiyasəddin məscidi (1682-ci il) və bir çox bu kimi tarixi əhəmiyyət daşıyan tarixi abidələrimizi qeyd etmək olar. Əslən Füzuli rayonundan olan İlyas Əfəndiyev və Elçin Əfəndiyev xalq yazıçısı, İslam Rzayev və Qəndab Quliyeva xalq artisti olmuşdur. Burada 300-dən artıq elmlər namizədi və elmlər doktoru yetişmişdir. Rayonda ilk dəfə “Qızıl Araz” adlı qəzet 1931-ci ildə dərc olunmuşdur. Hal-hazırda qəzet “Qayıdış” adı ilə dərc olunur.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. 23 avqust 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Füzulinin 663 nəfər şəhid, 181 nəfər itkin və girovu, 1240 nəfər müxtəlif dərəcəli əlili var. Əslən Füzuli rayonundan olan 6 nəfər Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Rəfiyev Faiq Qəzənfər oğlu, Quliyev Nazim Qabil oğlu, Məmmədov Seymur Qəhrəman oğlu, Zülfüqarov Elxan Qaçay oğlu, Fərzəliyev Pəhlivan Əhliman oğlu, Kərimov Bəşir Bəylər oğlu. Bu acı məğlubiyyətlə barışmayan Azərbaycan xalqı 27 ildən sonra öz yurduna- Füzuliyə qovuşdu. Biz zəfər çaldıq. Qalib bir ölkə kimi Füzulinin geri dönüşünə sevinsəkdə, şəhər erməni vandalları tərifindən dağıdılmış, viran edilmişdir. Bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd, salamat bina yoxdur. Cənab Prezidentimizin dediyi kimi : “Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. 17.10.2020 ci il tarixi gündür. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərlik və qəhrəmanlıq göstərmişdir. Torpaq su ilə qarışdıqda palçıq, qan ilə qarışdıqda Vətən olar. Biz bu gün zəfərimizi başda Prezidentimiz cənab İlham Əliyev olmaqla, şəhidlərimizə, qazilərimizə və Vətən uğrunda döyüşən igidlərimizə borcluyuq. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. APA xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 11 min 365 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Nağıyev Əfqan Vəli oğlu – general-leytenant
Piriyev Heydər Kamal oğlu – general-leytenant
Tahirov Ramiz Firudin oğlu – general-leytenant
Əliyev Rasim Məmmədəli oğlu – general-mayor
Kazımov Vasif Ramiz oğlu – general-mayor
Abdullayev Elçin Yaqub oğlu – tibb xidməti polkovniki
Behbudov Elzamin İlyas oğlu – polkovnik
Cəlilov Gülağa Umud oğlu – polkovnik
Dadaşov Haqverdi Xudaverdi oğlu – polkovnik
Dərgahlı Vaqif Rafiq oğlu – polkovnik
Əliyev Elman Şərif oğlu – polkovnik
Əyyubov Aydın Zeynəddin oğlu – polkovnik
Gözəlov Bəxtiyar Telman oğlu – polkovnik
Həmidov Zaur Əlihüseyn oğlu – polkovnik
Həşimov Rauf Sabir oğlu – polkovnik
İbrahimov Cabbar Zakir oğlu – polkovnik
İlyasov Vüsal Zahid oğlu – polkovnik
İmanov Elman İman oğlu – polkovnik
İsayev Səid Qurban oğlu – polkovnik
İsmayılov Səlim Teymur oğlu – polkovnik
Qasımov Fuad Kamal oğlu – polkovnik
Quliyev Əli Maqsud oğlu – polkovnik
Qurbanov Abdulla Novruz oğlu – istefada olan polkovnik
Qurbanov Rüfət Telman oğlu – polkovnik
Məhərrəmov Etibar İsmayıl oğlu – polkovnik
Məmmədov İlham Vahid oğlu – polkovnik
Məmmədov Pərviz Kamal oğlu – polkovnik
Mənsimov Tehran Cavid oğlu – polkovnik
Rəhimov Mütəllim Lazım oğlu – baş gizir
Rəsulov Rövşən Elxan oğlu – baş gizir
Rüstəmov Xəyal Məhərrəm oğlu – baş gizir
Rüstəmov Məhəmməd Əbülfət oğlu – baş gizir
Rüstəmov Ramid Əjdər oğlu – baş gizir
Rüstəmov Seymur Yarməmməd oğlu – baş gizir
Rüstəmov Ülvü Firudin oğlu – baş gizir
Rzayev Gündüz Telman oğlu – baş gizir
Rzayev Səməd Novruz oğlu – baş gizir
Sadıxov Rauf Mütəllim oğlu – baş gizir
Salayev Ənvər Saleh oğlu – baş gizir
Salmanov Elşən Əlikram oğlu – baş gizir
Seyfullayev Ehtiram Əkbər oğlu – baş gizir
Seyidov Mirtaleh Mirağa oğlu – baş gizir
Səfərov Elşən Yamən oğlu – baş gizir
Cavadov Ruslan Nizam oğlu – əsgər
Cavadov Samir Ağamoğlan oğlu – əsgər
Cavadov Samir Eyvaz oğlu – əsgər
Cavadov Seymur Usubəli oğlu – əsgər
Cavadov Sədrəddin Çingiz oğlu – əsgər
Cavadov Süleyman Elşən oğlu – əsgər
Əbdürrəhimov Rəvan Nağı oğlu – əsgər
Əbdürrəhmanov Tofiq Fərrux oğlu – əsgər
Əbilhəsənli Elməddin Eldəniz oğlu – əsgər
Əbilhəsənov Məmməd Zahir oğlu – əsgər
Əbilqasımov Urfan Ziyaddin oğlu – əsgər
Əbilov Amid Namiq oğlu – əsgər
Hadıyev Elman Elmar oğlu – əsgər
Hadıyev Fəxrəddin İlham oğlu – əsgər
Hadıyev Rəşad Seymur oğlu – əsgər
Hadıyev Sahib Qədim oğlu – əsgər
Hadıyev Seyidrza Seyidəli oğlu – əsgər
İsgəndərli Hafis Xəyal oğlu – əsgər
İsgəndərli Hüseyn Nizami oğlu – əsgər
İsgəndərli Kamran Yaşar oğlu – əsgər
İsgəndərli Murad Cavanşir oğlu – əsgər
İsgəndərli Odmən Qulu oğlu – əsgər
İsgəndərov Amin Seymur oğlu – əsgər
İsgəndərov Bayram İsgəndər oğlu – əsgər
İsgəndərov Cavid Siyasət oğlu – əsgər
Qasımov Kamran Sərhan oğlu – əsgər
Qasımov Kənan Azər oğlu – əsgər
Qasımov Kənan Cahangir oğlu – əsgər
Qasımov Kənan Əkbər oğlu – əsgər
Qasımov Kənan Rəşid oğlu – əsgər
Qasımov Qalib Cəlil oğlu – əsgər
Qasımov Qasım Salamat oğlu – əsgər
Qasımov Mahir Araz oğlu – əsgər
Fəridə Rəhimova
Azərbaycan Dövlət İqtisad Universiteti


























