image-photo-2021-10-22-15-26-34backend

Füzuliyə həyat qayıdır

image-reklam_sirab_01

Dövlət başçımız hakimiyyətə gəldiyi ildən etibarən Heydər Əliyevin zamanında söylədiyi bütün şərtlərin yetişməsinə zəmin yaratdı. Azərbaycan iqtisadi tərəfdən güclənməli, vətəndaşların sosial vəziyyəti yüksək səviyyəyə çatdırılmalıydı. Ölkəmiz öz taleyinin sahibi olub müstəqil iradə ortaya qoymalı, sərvətlərini öz ölkəsinin və dünya ökələrinin marağına uyğun elə bir şəkildə istifadə etməliydi ki, o, Azərbaycanın təhlükəsizlik kəmərinə çevrilsin. Həmçinin regional qlobal miqyasda yeritdiyi siyasət də burada heç bir real güclərin maraqları üçün ziddiyyətlər yaratmamalı idi. Əksinə, elə olmalıydı ki, bir-birinə zidd mövqedə olan beynəlxalq güclər əməkdaşlıq məkanı üçün Azərbaycanı seçsin.

         Bu regiondakı ictimai-siyasi mühit, qüvvələr nisbəti və onların maraqlarının nəzərə alınması üçün mühit yetişdirilməli idi. İlham Əliyev bütün bunların öhdəsindən qəhrəmanlıqla gəldi. Artıq bunların nəticələrini biz addım-addım irəlilədikcə hiss etməkdəyik.

2020-ci il 27 sentyabr tarixindən başlayaraq ordumuz irəliyə doğru gedirdi. Hər gün ərazilərimiz işğaldan azad edilirdi. Əlbəttə ki bu ərazilər içərisində Füzuli rayonunun kəndləri də olurdu. Və beləliklə böyük gün gəlib çatdı 17 oktyabr tarixində Füzuli şəhəri işğaldan azad edildi. Bu gündən etibarən artıq doğma torpağımız olan Füzuli qayıtmışdı. Bu sevinci bizə başda Ali Baş Komandan olmaqla Azərbaycan ordusu yaşatmışdı. Bütün torpaqlarımız işğaldan azad edildikdən sonra artıq yenidən qurma işlərinə start verildi.

Dövlət başçısının tapşırığına əsasən, ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən Zəfər yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır.Hazırda yol boyu son tamamlanma işləri icra edilir.

Zəfər yolu işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verdi .Hava limanının təməl qoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutdu.

Azərbaycan Prezidentinin də söylədiyi kimi, Füzuli aeroportu işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin cəlb olunması üçün olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Çünki hazırda Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Həmin turistlərin daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilmələri üçün Füzuli hava limanı daha əlverişli imkan yaradacaq. Bir sözlə,  Füzuli Beynəlxalq  Aeroportu regionda turizmin canlanmasına kömək edəcək.

Bəli,  düz 27 illik ayrılıqdan sonra Füzuliyə bahar gəlib..

Biz öz doğma torpaqlarımızı bir an belə unutmadıq, dövlətimizə, Ali Baş Komandanımıza inandıq, bir xalq kimi ona dəstək olduq və sonunda böyük Qələbə qazandıq. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafına dəmir yumruq kimi birləşdi, milli ruhun nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Qarabağ Zəfərinin Azərbaycan tarixində bənzəri yoxdur. Bu tarixi Qələbə dünya durduqca xalqımızın qürur mənbəyi olacaq.

 

Bakı Slavyan Universiteti

Allahverdiyeva Əfsanə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki