image-photo-2021-10-22-15-21-13backend

Füzuliyə həyat qayıdır

image-reklam_sirab_01

Füzuli inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10 yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.  Düşmən təcavüzü nəticəsində işğal olunmuş rayonlarımızdan biridir.  23 avqust 1993-cü Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur. Füzuli rayonu da digər rayonlarımız kimi təbii sərvətlərlə zəngin olduğu üçün düşmənin işğalına məruz qalmışdır. 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad edilir.  Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin idi. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Füzuli şəhəri işğal altında olduğu müddətdə adlarını çəkdiyimiz və çəkə bilmədiyimiz  dini və tarixi abidələrinin çox hissəsi düşmən tərəfindən məhv edilmişdir. 2020-ci ilin 27 sentyabr tarixindən torpaqlarımızı azad etmək uğrunda İkinci Qarabağ müharibəsi başladı. 44 gün müddətində illər əvvəl işğal olunmuş bütün torpaqlarımız hissə-hissə geri qaytarıldı. Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr-da Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr-da Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr-da da Arış kəndi işğaldan azad edilib.17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Davam edən əməliyyatlar nəticəsində 20 oktyabr-da Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı,Saracıq, 21 oktyabr-da Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, 28 oktyabr-da Mandılı, 07 noyabr-da Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar və Divanalılar, 09 noyabr-da Qobu Dilağarda, Yal Pirəhmədli, Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu və Ələsgərli kəndləri Azərbaycan Silahlı qüvvələri tərəfindən Ermənistanın işğalından azad olunmuşdur. Füzuli şəhəri işğaldan azad olandan sonra dağıdılmış, baxımsız bir vəziyyətdə idi. Amma artıq günbəgün işğaldan azad olunmuş torpaqlarda abadlıq, yenidənqurma, minatəmizləmə işləri aparılır. Biz inanırıq ki, o torpaqlar yenə dirçələcək və əvvəl olduğundan da daha gözəl və yeni həyat başlayacaq.

 

Bakı Qızlar Universiteti

Yusubova Təravət

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki