image-fd55fb16-f55e-337a-b923-6da4d7985d5e_850backend

Gəncədə bank hesabından pul oğurlayan şəxs saxlanılıb

image-reklam_sirab_01

Gəncə şəhər sakinin bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Gəncə şəhər sakini, Ə.Rəcəbov Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onun bank hesabından 369 manat oğurlanıb.

Polis əməkdaşıarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, C.Əsgərov saxlanılıb.

Qeyd edək ki, C.Əsgərov keçmiş məhkum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki