image-f98be40e-696e-3708-83ca-cd65b93a115e_850backend

Gəncədə restoranda istifadə müddəti bitən alkoqolsuz içkilər aşkarlanıb

image-reklam_sirab_01

Gəncə şəhəri, Radiostansiya qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Xələfova Gülnarə İlham qızına məxsus “Maralgöl” restoranında keçirilən planlı yoxlama zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, həmçinin istifadə müddəti bitmiş alkoqolsuz içkilər aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Veteninfo.az-a verilən məlumata görə, faktla bağlı istehlaka yararsız məhsullardan istifadənin qarşısı alınıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image