image-sefeq-ibisovabackend

Gənclər Azərbaycanın tarixini olduğu kimi öyrənməli, Şəhidlərimizin qanı ilə, canı ilə qazandığı ərazi bütövlüyümüzə dair hər bir məlumatı detallı şəkildə yaddaşlarına həkk etməlidir!

image-reklam_sirab_01

Tarixi dostluq, etimad, qardaşlıq, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri möhkəm təməllərə malikdir. Elə bu səbəbdən də dövrün bütün çətin sınaqlarında bir-birinə dəstək çıxan və dayaq olan iki qardaş dövlət olaraq adlandırılmaqdadırlar. Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir.
2020-ci ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı cənab İlham Əliyevin imzaladığı qismən səfərbərliyə dair sərəncam əsasında dövlətimiz, 30 ilə yaxın işğal altında saxlanılan doğma, əzəli və əbədi torpaqlarını işğaldan azad etdi. 44 günlük Vətən Müharibəsi dövründə ölkəmizə mənəvi dəstək çıxan qardaş Türkiyə Respublikası, heç bir siyasi hədələrə baxmayaraq daim Azərbaycanın yanında olduğunu və ona dəstək olduğunu dəfələrlə, dönə-dönə vurğulamışdır.
İki dövlət, bir millət olan Türkiyə və Azərbaycanın dostluğunun nəticəsidir ki, hər iki ölkənin rəsmiləri tez-tez qarşılıqlı səfərlər gerçəkləşdirir. Belə səfərlərdən biri də 27 may 2021-ci il tarixində Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun Bakıya rəsmi səfəri olmuşdur. Səfər zamanı Z.Səlçuku qəbul edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ikitərəfli qarşılıqlı münasibətlərdən, təhsilin gənclərin həyatındakı mühüm rolundan və bu istiqamətdə atılması labüd olan addımlardan, gələcək əməkdaşlıqdan bəhs etmişdir.
Dövlət başçısının da qeyd etdiyi kimi təhsil sahəsində qardaş Türkiyə ilə əməkdaşlıq ölkəmiz üçün olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, hər iki ölkənin gənclərinin bir-birinə bağlı olması üçün böyük addımlar atılmalıdır. Fikrimcə həyata keçiriləcək təhsilə dair layihələr nəticəsində nəinki hər iki ölkənin elmi inkişaf edəcək eyni zamanda milli mənəvi ruhda böyüyən, formalaşan gənclərin sayı daha da artacaq. Təbii ki, regionun ən qüdrətli dövlətlərindən biri olan Türkiyənin təhsil sahəsindəki təcrübəsinin Azərbaycan üçün nə qədər böyük önəm daşımasını vurğulamamaq böyük səhv olardı.
Onu da qeyd etməliyəm ki, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasimi də hər iki liderin yeniyetmə və gənclərin təhsillərinə nə qədər diqqət ayırdıqlarının, qayğı göstərdiklərinin bariz nümunəsi olmuşdur.
Hamımıza məlumdur ki, Azərbaycan öz müstəqilliyini qazandığı ilk gündən etibarən dövlətin gənclər siyasətinin təməl prinsipi gənclərin vətənpərvərlik ruhunda böyüməsi olmuşdur. Məhz elə buna görə də təhsil proqramlarında, orta məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalı, şanlı tariximiz dəqiqliklə öyrənilməli və gənclərimiz tərəfindən bütün dünyaya bundan sonrakı illərdə də çatdırılmalıdır. Gənclər Azərbaycanın tarixini olduğu kimi öyrənməli, Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarını yaxşı tanımalıdırlar.
Tariximizi real həqiqətlər əsasında öyrənmək, Şəhidlərimizin qanı ilə, canı ilə qazandığı ərazi bütövlüyümüzə dair hər bir məlumatı detallı şəkildə yaddaşlarına həkk etmək hər bir gəncimizin vətənpərvərlik borcudur!
Bu yolda isə gənclərə çıraq yandıracaq yeganə vasitə təhsil, elm və bilikdir!

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə Cəbrayılova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki