image-reklam-veteninfo
image-a1backend

“Gənclər və narkotik” mövzusunda antinarkomaniya təlimi keçirilib

image-reklam-veteninfo

12 may 2022-ci il tarixində “Feniks ” Sağlam Həyat Təbliği İctimai Birliyinin təşəbbüsü ilə Fərhad Süleymanov adına Hacıqabul şəhər 3 nömrəli tam orta məktəbdə “Gənclər və narkotik” mövzusunda antinarkomaniya təlimi keçirilmişdir.

Tədbiri Feniks İctimai Birliyinin rəhbəri Şahin Hüseynov açıq elan edərək iştirakçıları salamlamış və narkomaniyanın insan sağlamlığına və cəmiyyətə yaratdığı fəsadlar barədə məlumat vermişdir. O, həmçinin İctimai Birliyin narkomaniyanın qarşısının alınması və gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlər haqqında iştirakçılara məlumat təqdim etmişdir.

Təlim zamanı şagirdlərə narkotik vasitələrin yaratdığı tibbi, psixoloji və sosial fəsadlar izah edilmiş, sağlam həyat tərzinin əhəmiyyəti vurğulanmışdır. Şagirdlərin fəal iştirakı ilə antinarkomaniya mövzusunda hazırlanmış müxtəlif maarifləndirici şəkillər sərgilənmişdir.

Tədbir yeniyetmə və gənclərin narkomaniyanın zərərli təsirləri barədə məlumatlılığının artırılması və sağlam həyat tərzinin təşviqi baxımından əhəmiyyətli olmuşdur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki