image-ada-1backend

Gənclərimiz bu günümüzü, keçmişimizi dərindən öyrənməli, bu həqiqətləri qavramalı və təbliğ etməlidir

image-reklam_sirab_01

Ermənilər tariximizin ötən 200 il müddətində mütəmadi olaraq ölkəmizə qarşı əsassız torpaq iddiaları səsləndirib, işğal siyasəti yürüdüb, minlərlə günahsız azərbaycanlını qətlə yetirib, soyqırımı həyata keçirib. Azərbaycanın mədəni, dini, tarixi abidələrini belə amansızcasına dağıdan və ya saxtalaşdıraraq özününküləşdirməyə çalışan ermənilərin XX əsrin sonu, XXI əsrin əvvəlində belə təcavüzkar mahiyyətlərindən əl çəkməmələri onların faşist düşüncəyə malik olduğunu bir daha təsdiqləyir. Müasir tariximizin bir hissəsi, yaxın keçmişimiz olan 1990-cı illərin əvvəlində baş verənlər isə hər kəsin yaddaşındadır. 30 ilə yaxın bir müddətdə bir milyona yaxın vətəndaşımızın öz doğma yurd-yuvalarından uzaqda qaçqın və məcburi köçkün həyatı yaşaması insanlarımızın həyatında böyük bir iz qoyub. Hələ 1990-cı illərin əvvəlində Ulu Öndər Heydər Əliyev Azərbaycanın suverenliyini xilas etməklə yanaşı, bu vətəndaşlarımızın problemlərinin həlli istiqamətində böyük tədbirlər həyata keçirdi. Öz torpağında, elində, obasında yaşamaq hüququndan məhrum edilmiş, erməni təcavüzünün qurbanı olan bu insanlar həmin çətin günləri hər zaman xatırlayır. Yeri gəlmişkən, aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev də bildirdi ki, münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır: “Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik”.Bəli, ən böyük təhdid sayılan unutqanlıq, tarixi həqiqətləri göz ardı etmək bəzən böyük problemlərin başlanğıcına çevrilir. Qeyd etdiyimiz kimi, son 200 ildə bu unutqanlığın qurbanına çevrilmiş torpaqlarımız, insanlarımız, abidələrimiz, sərvətimiz düşmən hiyləsinə, məkrinə tuş gəlib. Məhz gələcəkdə hər hansı bir tarixi unutqanlıq yaşamamaq üçün gənclərimiz bu günümüzü, keçmişimizi dərindən öyrənməli, bu həqiqətləri qavramalı və təbliğ etməlidir. Möhtərəm Prezidentimiz də adıçəkilən tədbirdə vurğuladı ki, gənc nəsil tarixi həqiqətləri bilməlidir. Azərbaycan tarixini silmək istəyənlər belə öyrədirdilər ki, guya Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Orada Sevan yoxdur, orada Göyçə var.

Bu gün dillərdə şüar olan “Qarabağ Azərbaycandır” şüarı bizim milli keçmişimizin uğurlu gələcəyə gedən yolunun formuludur. Cənab Prezidentimizin bildirdiyi kimi, öz keçmişimizdən dərs çıxarmalı və gələcəyimizi daha etibarı şəkildə formalaşdırmaq üçün özümüzü, tariximizi, dünənimizi sabahımızın təməlinə çevriməliyik.

Elmar Əhmədov,

YAP Salyan rayon təşkilatının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki