image-07backend

Gözəl diyarımız olan Zəngilan rayonunun azad edilməsindən 1 il ötür

image-reklam_sirab_01

Zəngilan çox bərəkətli torpağa malik olan bir diyardır, gözəl meşələri, təbii sərvətləri, filiz yataqları, çayları və təbii çinar meşələri – saymaqla qurtaran deyil.

1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edilmişdi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv etmişdi.

Mənfur düşmən Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılmışdı.

Dövlət başçısının “Dəmir Yumruğu” təkcə xəyanətkar ermənistanın mənfur rəhbərlərini deyil, həm də onların mənfur havdarlarının arzularını darmadağın etdi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edildi.

Azərbaycan əsgərinin rəşadətli, sücaətli, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil oldu. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun işğaldan qurtarıb.

Prezident İlham Əliyevin səsləndirdiyi tarixi fikirlər bir daha hər bir azərbaycanlıda qürur hissi yaratdı.Prezidentimiz bildirdi ki, “Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur.

Bu gün bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Ağdamda, Zəngilanda, Füzulidə, Laçında, Kəlbəcərdə, Cəbrayılda – ümumən işğaldan azad edilmiş rayonların timsalında işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir”.

Zəngəzur rayonunda artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start veriləcək. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir.

 

Aynur Xəlilova – politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki