image-d4a956c8-fc4f-4c50-8bf3-7d7d543b0e01backend

GUAM PA komitələrinin iclaslarında

image-reklam_sirab_01

Aprelin 28-də GUAM Parlament Assambleyasının Ticarət-iqtisadi məsələlər üzrə və Hüquqi məsələlər üzrə komitələrinin videokonfrans formatında iclasları keçirilib. İclaslarda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev və Fatma Yıldırım iştirak ediblər.

Əvvəlcə GUAM PA-nın Ticarət-iqtisadi məsələlər üzrə komitəsinin 4-cü iclası keçirilib. İclasda “Hərbi/fövqəladə vəziyyət şəraitində iqtisadiyyatın qanunverici səviyyədə dəstəklənməsi” (Ukrayna və Moldovanın təcrübəsi), “Sanksiya rejimi ilə bağlı beynəlxalq öhdəliklərin implementasiyasının qanunvericilik baxımından təminatı” (GUAM ölkələrinin təcrübəsi) və “İşğaldan azad olunmuş ərazilərin iqtisadi bərpası məqsədilə qəbul edilmiş qanunvericilik aktları”(Azərbaycan və Ukrayna təcrübəsi) haqqında məsələlər nəzərdən keçirilib.

GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev “İşğaldan azad olunmuş ərazilərin iqtisadi bərpası məqsədilə qəbul edilmiş qanunvericilik aktları” (Azərbaycan və Ukrayna təcrübəsi) mövzusu ilə bağlı çıxış edərək fikirlərini bildirib. O, 44 günlük Vətən müharibəsində Azərbaycanın torpaqlarını Ermənistanın işğalından azad etməsinə toxunub, işğalın acı nəticələrindən bəhs edib, onların aradan qaldırılması və məcburi köçkünlərin doğma yurdlarına geri qaytarılması üçün aparılan genişmiqyaslı bərpa işlərindən danışıb. Qeyd edib ki, bərpa işlərində yeni texnologiyalardan geniş istifadə olunur, regionda “Yaşıl enerji” konsepsiyası tətbiq edilir. Elnur Allahverdiyev bu işlərin həyata keçirilməsində parlamentin fəal iştirakından söz açıb, yaradılan qanunvericilik bazası haqqında ətraflı məlumat verib, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur yeni iqtisadi rayonlarının yaradılmasının həmin ərazilərin bərpası və gələcək inkişafının təmin olunmasındakı əhəmiyyətinə toxunub.

GUAM PA-nın Hüquqi məsələlər üzrə komitəsinin 4-cü iclasında “Hərbi/fövqəladə vəziyyət şəraitində köçkünlərə dəstək də daxil olmaqla əhalinin sosial müdafiəsinin qanunvericilik baxımından həlli”, “Zərərçəkənlərə humanitar yardımların çatdırılmasını və paylanmasını dəstəkləyən hüquqi mexanizmlər” və “İşğaldan azad edilmiş ərazilərin bərpasında humanitar məsələlərinin həlli işində parlamentlərin rolu” başlıqlı məsələlər müzakirə edilib.

İclasda GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev “Hərbi/fövqəladə vəziyyət şəraitində köçkünlərə dəstək də daxil olmaqla əhalinin sosial müdafiəsinin qanunverici həlli” məsələsi ilə bağlı qeydlərini səsləndirib. O, erməni millətçilərinin apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində azərbaycanlıların qaçqın və məcburi köçkün olmasından danışıb, onların hüquqi statusunu, məşğulluğunu, sosial problemlərini tənzimləyən qanun, fərman, sərəncam və qərarlar barədə məlumat verib, məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı istiqamətində görülən işlərə toxunub.

Onlayn iclaslarda parlamentarilər müzakirə olunan məsələlərlə bağlı çıxışlar ediblər, gündəlikdəki mövzulara münasibətlərini bildiriblər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki