image-12backend

Güc birlikdədir

image-reklam_sirab_01

2020-ci ildə baş verən tarixi zəfərdən sonra Azərbaycan bir çox bəyannamələr hazırladıki bunlardan biri də Şuşa Bəyannaməsidir.15 iyun 2021-ci il tarixində Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi elə bir tarixi sənəddir ki, bu Bəyannamə Türkiyə və Azərbaycan arasındaki əlaqələri müttəfiqlik səviyyəsinə qaldırır.

Bəyannamələrlə yanaşı  Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad olunmuş torpaqlarda tikinti,abadlıq və bir sıra başqa içlər üçün bir çox fərman və sərəncamlar hazırlanmışdır.Bu işlər zamanı qardaş ölkəmiz olan Türkiyə bizimiş həmişə yanımızda olmuşdur.26 oktyabr 2021-ci il tarixində bu iki qardaş dövlətin iştirakı ilə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı bu birliyin gücünün nümayişidir.İnşa 8 ay davam etməsinə baxmayaraq bu müddətdə beynəlxalq hava limanı inşa edildi ki,bu inşada Azərbaycan və Türkiyə şirkətləri birgə iştirak etdilər.Əvvəl də qeyd etdiyimiz kimi iki ölkə yalnız bu layihədə deyil,o cümlədən bütün işlərdə çiyin-çiyinə verərək birgə işləyirlər.

İndi bu başlanğıclarla yeni bir tarix Azərbaycan-Türkiyə qardaşlığı ilə birlikdə yazılır.Türkiyə və Azərbaycanın Dövlət himnlərinin birlikdə səslənməsi,Şuşada və Zəngilanda bir sıra rəsmi mərasimlərin keçirilməsi bu tarixin ilk səhifələrində yer alır.

İkinci Qarabağ müharibəsinin ilk saatlarından son saniyələrinə qədər bütün müharibə dövrü ərzində sevincimizdə,kədərimizdə Türkiyə Azərbaycanın yanında olmuşdur.Müharibənin ilk saatlarından başlayaraq Türkiyə bütün dünyaya bəyan etdi ki, Azərbaycan dövləti tək deyil və Türkiyə Azərbaycanın necə indi yanındadırsa hər zaman da yanında olacaq.Qardaş Türkiyə tərəfindən atılan bu addım Azərbaycan dövləti üçün çox böyük siyasi və mənəvi dəstək,əlavə güc və ruh yüksəkliyi verdi.Bununla da qardaş Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan düşməni qılınc kimi kəsən öz mesajını dünyaya ötürdü.

Azərbaycan xalqı yalnız müharibə müddətində deyil,hər zaman qardaş Türkiyənin dəstəyini çox yüksək qiymətləndirir və buna görə öz minnətdarlıqlarını bildirirlər.Bu dövr ərzində bir çox səfərlər baş tutdu və bunların hər biri əsl qardaşlıq  və güclü dostluğun nümunəsidir.Türkiyə prezidenti tərəfindən bütün dünyaya verilən bu mesajın içində birlikdəlik həqiqətindən başqa bir həqiqət də var ki,bu birlyimizin heç vaxt sarsılmayacağı və həmişə əbədi olacağıdır.Gələn ay Azərbaycan Türk şurasında sədrliyi Türkiyəyə təhvil verəcək ki,bu da türk dövlətləri arasında əlaqələrin və qardaşlağın daha da möhkəmlənməsinə imkan yaradacaq və bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.

Hava Limanının tikilməsində həmçinin digər bütün işlərdə olan birlik özünü Zəngəzur dəhlizi layihəsində də göstərir.Zəngəzur dəhlizi Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanı Azərbaycanla həmçinin bütün Türk dünyasını birləşdirir.Qardaş Türkiyə Azərbaycanla birlik olaraq onun ərsəyə gəlməsində çox böyük addımlar atır.Bu ilin 26 oktyabrında təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir parçasıdır.Oradan keçən avtomobil və dəmir yolları vasitəsilər Azərbaycan bir çox istəklərinə nail olacaq.

Öncədən də qeyd etdiyimiz kimi Türkiyə və Azərbaycan şirkətləri çiyin-çiyinə verərək azad edilmiş torpaqlarımızda yorulmadan,canla-başla çalışırlar.Bu birlikdəlik sayəsində bir çox infrastruktur layihələri gerçəkləşdirilir,avtomobil və dəmir yolları salınır, o cümlədən rahat gedişi təmin etmək üçün tunellər tikilir.Bunlar hamısı bir daha bizim birliyimizin,qardaşlığımızın real sübutudur.Bundan sonra da Azərbaycan və Türkiyə xalqları bir yerdə irəliləyib,hər zaman bir-birilərinə dəstək olacaqlar.

 

Azərbaycan  Dövlət  Neft  və  Sənaye  Universiteti

Əhədov Elvin Elnur oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki