image-15b85930-1f50-3a8d-a91d-fd67718cbbeb_850backend

Güclü qasırğa Floridada 2 milyondan çox insanı işıqsız qoyub

image-reklam_sirab_01

ABŞ-ın Florida ştatında “İan” qasırğası nəticəsində işıqsız qalan elektrik istehlakçılarının sayı 2 milyon nəfəri keçib.

bu barədə Şimali Amerikanın elektrik şəbəkəsi şirkətlərinin məlumatlarını birləşdirən Poweroutage.com portalı məlumat yayıb.

Yerli vaxtla saat 22.15-ə (Bakı vaxtı ilə 06.15) olan statistikada şəbəkədən kəsilmiş istehlakçıların sayı 2 milyon 2 min nəfər təşkil edib.

Belə ki, portalın məlumatına görə, hazırda ştatda qeydiyyatda olan bütün elektrik istehlakçılarının təxminən 20 %-i işıqsız qalıb.

Xatırladaq ki, “İan” qasırğası ötən gündən Florida ştatının cənub-qərb sahillərini vurmağa başlayıb. ABŞ Milli Qasırğa Mərkəzi “İan”ı “çox təhlükəli 4-cü kateqoriyalı qasırğa” kimi qiymətləndirib. Qasırğanın daxilində küləyin maksimal sürəti saatda 240 kilometri keçir. “İan” qasırğası Kubanın qərbindən keçib və Saffir-Simpson şkalası üzrə maksimum 5-ci kateqoriyaya çatıb. Təbiət hadisəsinin təsirindən Karib dənizi hövzəsində yerləşən adanın enerjisi tamamilə kəsilib, ölkənin Pinar-del-Rio əyalətində iki nəfər ölüb. Ölkənin qərbində və mərkəzi hissəsində 50 mindən çox insan təxliyə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki