image-reklam-veteninfo
image-photo-2022-03-23-23-25-05-1backend

Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir.

image-reklam-veteninfo

Ölkəmizdə populyar olan Yunan-Roma və Sərbəst güləş idman növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir.
Milli güləşimizin əksər elementlərini, fəndlər və mübarizə metodlarını əks etdirən, böyük inkişaf yolu keçən Sərbəst güləş idman növü Dünyada Amerikan güləşi kimi qəbul edilərək, mövcud güləşin Amerika Birləşmiş Ştatlarında yarandığını bildirir.
Lakin xalqımızın yaddaşında olan “milli güləş” tarixən daha qədimdir.Bu milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda, dastanlarda rast gəlmək olar.
Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır.Azərbaycanda güləş yarışları xüsusi yerlərdə: Zorxanalarda keçirilirdi.
Güləş idmanı insanlıq tarixi qədər köhnədir. Mübarizə idmanları içərisində hər vaxt ən ön safda iştirak etməkdədir. Türk və İslam dünyasında çox böyük yer tutmuşdur. Bunun səbəbi sevimli peyğəmbərimizin Məhəmməd Mustafa (s.ə.v ) şəxsən özləri güləş edərək şərəfləndirməsidir.
• Güləş digər idman sahələrinə görə gənclərin mühərrik tutumunu inkişaf etdirməsində çox təsirli olduğu isbat edilmişdir.
• Güləş yalnız sürət qüvvət elastiklik, dayanıqlılıq kimi fiziki xüsusiyyətlərini inkişaf etdirər.
• Güləş eyni zamanda cəsarət təvazökarlıq özünə güvən kimi insani xüsusiyyətləri inkişaf etdirər.
• Bəli güləş idmanı bir mübarizə idmanı olmaqla birlikdə insana aclığı susuzluğu yoxluğa söykən/dözmə əzmi qazandıran müdhiş bir idmandır.
• Bu ata idmanımız olan güləşi bütün uşaq və gənclərimizə öyrətməliyik. Çünki gələcək onların əlində yüksələcək.

Peşakar güləşçilər Sali Süleymanov, Rəşid Yusifov və başqalarının adı çoxlarına məlumdur. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra milli güləş respublikada daha da inkişaf etmişdir. 1937-ci ildən milli güləş üzrə rayon, şəhər və respublika yarışları keçirilir. Güləş üzrə beynəlxalq yarışlarda sovet idmançıları böyük müvəffəqiyyətlər qazanmışlar. Azərbaycan güləşçilərindən İ.Dadaşov, M.Babayev, R.Məmmədbəyov, A.İbrahimov, A.Niftullayev, R.Hacıyev, T.Paşayev, M.Allahverdiyev (üç dəfə dünya çempionu), X.İsayev, K.Məcidov və başqaları dünya, Avropa çempionatları və ya Olimpiya oyunlarının, SSRİ birinciliklərinin qalibləri, yaxud mükafatçıları olmuşlar.
Azərbaycanda güləş öz təşəkkülünü İkinci Dünya Müharibəsindən sonra tapmışdır. Əməkdar idman ustası Rza İbrahim oğlu Baxşəliyev Azərbaycan Respublikasında güləşin banilərindən sayılır. Rza Baxşəliyev SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin və Bədən Tərbiyəsi İnstitutunun məzunu, güləş üzrə 20 qat Azərbaycan çempionu olmuşdur.

Abdullayev Rafiq Ağsaqqallar Şurasının üzvi

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki