image-9fe883047ed9352c4b350fa0ff310a11backend

Günel Səfərova ATƏT-in tədbirində spikeri Azərbaycana qarşı qərəzdə qınadı

image-reklam_sirab_01

“Mənim çıxışım dini azadlıq mövzusunda olacaq. Azərbaycan dünyəvi, multikultural və çoxkonfessiyalı cəmiyyətdir və bu, bizim qürur mənbəyimizdir”.

Bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilən insan ölçüsü üzrə konfransda çıxışı zamanı “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyib.

O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik fəaliyyətinin əsasını da vicdan azadlığı məsələsi təşkil edirdi: “Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşların dini mənsubiyyətinə riayət etmək, onların dini mənsubiyyətini dəyişmək azadlığı, dini qurumlardan birində iştirak etmək azadlığı, xalqı hər hansı bir dinə etiqad etməyə məcbur edən formalardan qaçmaq, dini mənsubiyyətini dəyişmək azadlığı kimi prinsiplər əsasında yaradılmışdır”.

G.Səfərova qeyd edib ki, hazırda cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alan Azərbaycanın din sahəsində siyasəti fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulub: “Azərbaycanda milli azlıqlar ölkə əhalisinin təxminən 9,4%-ni təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətindən, irqindən, milliyyətindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”.

Günel Səfərova bildirib ki, dini qurumlar mənsubiyyətindən asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində heç bir maneə olmadan qeydiyyata alınır və onlara dövlət tərəfindən hər il maliyyə yardımı verilir: (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) dini təşkilatlar
G.Səfərova təşkilatçı spikerə də iradını bildirib: “Spiker İsabella Sarqasyan, siz yanlış məlumat verirsiniz və yanlış fikir formalaşdırırsınız, amma qərəzli yanaşmanızı başa düşürəm. Ermənistan Azərbaycan toponimlərini dəyişdirdi, yüzlərlə tarixi və mədəniyyət abidələri ilə birlikdə məscid və ziyarətgahları sökdü, müqəddəs məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etdi.

Azərbaycanda isə heç bir dini və ya mədəniyyət abidəsinin dağıdılması və ya dəyişdirilməsi faktı yenidən kodlaşdırılmamışdır. Azərbaycanın Qarabağ müharibəsi zamanı və hətta indiki dövrdə tutduğu mövqe bunu sübut edir. “Böyük Qayıdış” çərçivəsində hazırda 8 məsciddə əsaslı təmir, yenidənqurma və tikinti işləri aparılır. Eyni zamanda, Şuşada məscidlərlə yanaşı, iki kilsənin də bərpasına başlanılıb ki, bu da onu göstərir ki, Azərbaycanda abidələrə qarşı ayrı-seçkilik yoxdur, əksinə, fərqli mədəniyyətlərə və dinlərə hörmətlə yanaşır, çünki bunların hamısı milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki