image-guelbackend

Günel Səfərova direktor tərəfindən döyülən şagirdlərlə görüşdü – FOTO

image-reklam_sirab_01

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri ilə birgə 9 nömrəli məktəbə baş çəkib.
Veteninfo.az xəbər verir ki, o məktəb direktoru tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlərlə və məktəb rəhbərliyi ilə görüşüb.
Günel Səfərova görüş haqda sosial media hesabında məlumat verib.

O bildirib ki, məktəb direktoru barədə ciddi tədbirlər görüləcəyinə ümid edir:

“Məktəb idarəçiliyində müasir yanaşmaların, təhsilverənlərə və təhsilalanlara qarşı düzgün münasibətin formalaşdırılmasının zəruriliyini nəzərə çatdırdıq, şagirdlərə müvafiq tövsiyələr verdik. Məsələnin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırıldığını nəzərə alaraq, araşdırmaların nəticələrinin qanunvericiliyin tələblərinə uyğun olacağına, müəllimin və məktəbin nüfuzunun qorunmasına, eləcə də müəllim-şagird münasibətlərinə xələl gətirən halların aradan qaldırılmasına xidmət edəcəyinə inanıram. Ona da inanıram ki, məktəb direktoru barədə ciddi tədbir görüləcək”.

Xatırladaq ki, məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərə məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb. Onun bu hərəkəti sosial şəbəkədə qınağa səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki