image-58backend

Gürcü politoloq: “Ermənistanda çoxları müharibədən dərs çıxarmayıb”

image-reklam_sirab_01

“Azərbaycan postmünaqişə dövründə sülhün möhkəmləndirilməsi üçün çoxsaylı addımlar atıb. Zəngəzur dəhlizi ilə bağlı təklif olduqca yaxşıdır və onun reallaşdırılması Azərbaycanla Ermənistan arasında mövqelərin yaxınlaşmasının başlanğıcı ola bilər. Lakin təəssüflər olsun ki, bu layihənin əleyhdarları var və onlar regionda sülh quruculuğu prosesinə əngəllər yaratmaq istəyirlər”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Terrorizm və Siyasi Zorakılığın Araşdırılması üzrə Mərkəzin direktoru, tanınmış politoloq Badri Naçkebiya deyib.

Siyasi şərhçinin sözlərinə görə, hazırda Ermənistanın daxilində baş verən proseslər də diqqət çəkir: “Təəssüflər olsun ki, bəzi qüvvələr vəziyyəti gərginləşdirir və təxribatlara əl atırlar. Şuşa-Laçın yolunda törədilən hadisə klassik terror aktıdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatlarına daha diqqətlə yanaşmalı və müvafiq addımlar atmalıdır”.

Ekspert hesab edir ki, Ermənistan tərəfi təxribatları davam etdirəcək, belə ki, həm ölkə daxilində, həm də xaricində sülh və sabitliyi istəməyən kifayət qədər qüvvələr var: “Ermənistanda anlamalıdırlar ki, sülh müharibədən daha yaxşıdır. Çox təəssüflər olsun ki, Ermənistanda bir çoxları müharibədən dərs çıxarmayıb. Bu gün sülhün daha çox lazım olduğu tərəf ilk növbədə Ermənistan və erməni xalqıdır. Bəzi qüvvələr və separatçılar vəziyyəti gərgin saxlamağa çalışır. Düşünürəm ki, erməni xalqı sonda anlayacaq ki, sülh mütləq olmalıdır. Əmin-amanlıq isə separatçılıq və qonşulara qarşı ərazi iddiaları əsasında mümkün deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki