image-7f218e3b-ea31-3a26-a025-e449198939b1_850backend

Gürcüstan DTX Ukraynadan sübutlar tələb edir

image-reklam_sirab_01

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ukraynanın Baş Kəşfiyyat İdarəsinin yaydığı məlumata dair sübutları dərhal təqdim etməyə çağırıb.

Veteninfo.az-ın yerli bürosu xəbər verir ki, bu barədə DTX-dən bildirilib.

Qeyd olunub ki, Ukrayna hərbi kəşfiyyatının məlumatlarına əsasən, Gürcüstanın xüsusi xidmət orqanlarının ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə malların keçirilməsini təşkil etmək üçün Rusiyanın müvafiq xidmətləri ilə məxfi əlaqələri var.

“Bu hərəkət Gürcüstan qanunlarına görə xüsusilə ağır cinayətdir. Biz Ukrayna tərəfini qanuni tədbirlər üçün bizə bu məlumatın sübutlarını təqdim etməyə çağırırıq. Gürcüstan hökuməti bu cür cinayətlə bağlı istənilən mümkün halda heç bir güzəştə yol verməyəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, ötən gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib ki, Rusiya sanskiyaya məruz qalan məhsulların qaçaqmalçılığı üçün Gürcüstan ərazisi vasitəsilə kanallar yaradır. Gürcüstanın xüsusi xidmət orqanlarına qaçaqmalçılara mane olmamaqla bağlı tapşırığın verildiyi vurğulanıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki