image-reklam-veteninfo
image-1backend

Gürcüstanda etirazlar gecə də davam edib

image-reklam-veteninfo

Gürcüstanda “xarici agentlər” qanununa etirazlar davam edir.

Vətəninfo.az Gürcüstan mətbuatına istinadən  xəbər verir ki, Rustaveli prospekti gecə açıq olub.

Parlamentin qarşısında onlarla etirazçı qalıb. Bu gün saat 19:00-da yenidən mitinq elan edilib. Şənbə-bazar və gələn həftə üçün planlar hələ açıqlanmayıb.

Xarici agentlər haqqında qanun layihəsinin ikinci oxunuşda komitə dinləmələrinə təqdim edildiyi tarixdən asılı olaraq planlara düzəlişlər ediləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki