image-interpress_3cf4e40ace160c572a3dbd946344fc3b_l8f6153x94rny7vg2mjkbackend

Gürcüstanda “Soydaş” – Gənclər Forumu keçiriləcək

image-reklam_sirab_01

Gürcüstanın Marneuli şəhərində “Soydaş” – Gənclər Forumu keçiriləcək.

Veteninfo.az xəbər verir ki, tədbir Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutacaq.

“”Soydaş” – Gənclər Forumu Gürcüstan – 2022″ adlı forumda gürcüstanlı gənclər, QHT və Gənclər Təşkilatı rəhbərləri, media təmsilçiləri, rəsmilər və millət vəkilləri iştirak edəcək.

Forumda dövlətlərimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələr dəyərləndirilərək, gənclərin və medianın əlaqələrimizin inkişaf mərhələsinə qatqısı və gələcək perspektivlər müzakirə olunacaq.

Qeyd edək ki, forum QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimayi Birliyi tərəfindən keçirilir.

Layihənin tərəfdaşları Azərbaycanın Gürcüstan səfirliyi, Diasporla İş Üzrə Dövlət Komitəsi və Diaspor İnformasiya Mərkəzidir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki