image-d2e1faa2-6382-388c-9bf5-1b104316ba0b_850-jfifbackend

Gürcüstanın Baş naziri Türkiyə lideri ilə ikitərəfli əlaqələri müzakirə edib

image-reklam_sirab_01

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində görüşüblər.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tviter hesabında yazıb.

“Rəcəb Tayyib Ərdoğanla görüşməkdən məmnunam. Gürcüstan və Türkiyə arasında ikitərəfli, regional və çoxtərəfli gündəliyə dair məsələlər müzakirə edilib. Biz Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirmək üçün çoxdankı tərəfdaş və dostlarıq!”, – Gürcüstanın hökumət başçısı qeyd edib.

Xatırladaq ki, hər iki ölkənin rəsmiləri BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərindədir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki