image-5cbc0c94-dc1c-38d5-8e92-6c5554d79cd5_850backend

Hacı Hacıyev: “Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram”

image-reklam_sirab_01

“Görün, burada nə qədər erməni, gürcü, azərbaycanlı və qırğız yaşayır. Bəzi futbolçuların bu ölkələrin yığmasında oynamasına pis baxmıram”.

Bunu Rusiyanın “Dinamo” (Mahaçqala) klubunun prezidenti Hacı Hacıyev yerli futbolçuların vətəndaşlıq dəyişməsinə münasibət bildirərkən deyib.

77 yaşlı mütəxəssis bildirib ki, bəzi oyunçular müxtəlif turnirlərdə iştirak etmək üçün başqa milli komandalarda oynamaq qərarına gələ bilər: “MDB ölkələrindən danışırıqsa, mən yenə də onları özümüzə yaxın bilirəm. Oyunçular bu ölkələrin yığmalarını seçsələr belə, yenə də Rusiya Premyer Liqasında qalacaqlar”.

O, sonda UEFA və FIFA-nın Rusiya futbolu ilə bağlı qərarlarına mənfi yanaşdığını əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki