image-img-20210727-wa0023backend

Haqqın Azərbaycan tərəfində olması dəyişməz, danılmaz həqiqətdir

image-reklam_sirab_01

Son vaxtlar Ermənistanın hərbi təxribatları artıq intensiv xarakter almağa başlayıb. Düşmənin 44 günlük müharibədə darmadağın edilmiş ordusunun qalıqları demək olar hər gün silahlı insidentlər törədirlər. Azərbaycan tərəfi layiqli qarşılıq verir. Ancaq 44 günlük savaş dövründə olduğu kimi, rəsmi İrəvan indi də hərbi itkiləri gizlədir ki, Ermənistan əhalisi arasında onsuz da mövcud olan panik durum daha da dərinləşməsin.
Ermənistanın bu təxribatları onu göstərir ki, bu ölkə, yəni Ermənistan bir daha öz iyrənc siyasətini, işğalçılıq siyasətini yenə də davam etdirir, bunu bütün beynəlxalq aləm görməlidi, bilməlidir və Ermənistanın bu təxribatı, bu siyasəti pislənilməlidi.
Son vaxtlar bütün dünyanın da gördüyü kimi və qəbul etdiyi kimi Azərbaycanda bir sıra mühüm tədbirlər həyata keçirilir. Ayrı-ayrı beynəlxalq təşkilatların yüksək səviyyəli missiyası Azərbaycana gəlir, bir sıra ölkələrin dövlət, hökumət, parlament rəhbərləri Azərbaycana diqqət ayıraraq gəlirlər. Bütün bunlar Azərbaycanın dünyada imicinin artması, onun haqq işində haqq tərəfdarı olduğunu bir daha sübut edir, göstərir və Azərbaycan özünün dünyaya inteqrasiyasını daha da gücləndirmək məqsədilə bütün imkanlardan istifadə edir, ölkənin iqtisadi, siyasi, mədəni inkişafına nail olmaq naminə hər cür imkanlardan yararlanır. Bütün beynəlxalq standartlar Azərbaycanda qorunur. Ermənistan açıq-aydın görür ki, Azərbaycan gündən-günə inkişafdadır və bu inkişafa mane olmaq üçün gözü götürmədiyinə görə təxribatlarını davam etdirir. Bu təxribatlar heç bir haqqa ədalətə sığışmır və Azərbaycan həmişə haqqın, sülhün tərəfdarıdır və öz ərazi bütövlüyünün tərəfdarıdır, bunu da beynəlxalq standartlar, beynəlxalq hüquq çərçivəsində həyata keçirməyə çalışır.
İyulun 27-dən 28-nə keçən gecə atılan güllələr də təkcə Azərbaycana yox, həmin gün Bakı Bəyannaməsini imzalayan Türkiyəyə, Ermənistanın müstəqlliyini belə tanımayan Pakistana, parlament sədrlərinin Şuşa səfərinə tərəf atıldı.
Hərçənd, bütün cəhdlərinin uğursuz olduğunu da bilirlər. Vətən müharibəsi zamanı Azərbaycana böyük mənəvi-siyasi dəstək verən qardaş Türkiyə və Pakistanın parlament sədrlərinin İkinci Üçtərəfli görüşünün 2022-ci ildə Pakistanın İslamabad şəhərində keçirilməsi qərara alınıb. Artıq üç qardaş ölkənin bütün platformalarda öz imkanlarını birləşdirmək niyyətini dünyaya bəyan etməsi regiona burnunu soxmaq istəyən qüvvələri hədsiz narahat edir. Ən başlıca narahatlıqları isə əlbəttə, haqqın Azərbaycanın tərəfində olmasıdır. Bu, dəyişməz, danılmaz həqiqətdir. Bu cür səfərlər Azərbaycanın beynəlxalq aləmdə daha çox tanınmasına, onun hərtərəfli inkişafına öz təsirini göstərir. Bu, gələcəkdə Qarabağın qurulmasında və bütün infrastrukturun beynəlxalq standartlara uyğun hazırlanmasında öz töhfəsini verəcək.

Əliabbas Salahzadə,
millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki