image-img_0597backend

Haqqın səsi dünyanın hər bir nöqtəsində

image-reklam_sirab_01

Heçkəsə sirr deyil ki, postmünaqişə dövrü sakit keçir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək dünya miqyaslı təşkilatların Ermənistanın işğalçı siyasətinə qarşı olan qətnamələrinin müharibə yolu ilə reallaşdırmasına və bütün yarımçıq qalan işlərin tamamlanmasına nail oldu.

Münaqişəyə nöqtə qoyanisə 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli bəyanatı oldu.Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Və bu Azərbaycana bir güllə atmadan belə əraziləri işğaldan azad etmək imkanı verdi. Lakin müharibənin müharibə tərəfini də unutmaq olmaz. Azərbaycan Ordusu öz gücünü, hünərini göstərərək bəyanata qeder 300-dən çox şəhər və kəndləri öz canı və qanı bahasına azad etdi.

Bəyanat isə Azərbaycana bir çox imkanlar yaratdı. Bəyanata müvafiq olaraq, Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Bundan əlavə, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Bütün dünya azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə baş vermiş dağıntı və vandalizm aktlarının şahidi oldu. Ərazidə ümumən 67 məsciddən 65-nin tamamilə olaraq dağıdılması, Füzuli şəhərində yaşayış binalarının tam olaraq 100% dağıdılması, xüsusi ilə Ağdam şəhər və rayonunun xarabalığa çevrilməsi ilə bağlı olaraq, xarici media və dünyanın ona “Qafqazın Xirosimasi” adının verməsi təsadüf deyil və bu, bir faktdır.

Ermənistan höküməti hətta işğal etdiyi ərazilərdən kontrabanda məqsədləri üçün də istifadə edib. Son zamanlar media tərəfindən işıqlandırılan İran-Azərbaycan sərhədinin Cəbrayıl rayonundan keçən seqmentində baş verən qanunsuzluqlar onu deməyə imkan verir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Prezident İlham Əliyevin MDB ölkələrinin çıxışında haqlı olaraq söylədiyi ittihamların cavabsız  qalması, əslində, bunun bir fakt olduğunu təsdiq edir.

Bütün bunlara baxmayaraq, Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyası və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi  üçün Ermənistanla danışıqların aparılmasını dəstəkləyir. Erməstan isə bu tarixi şansından mütləq ki, istifadə etməlidir.

 

Bakı Slavyan Universiteti – Cəfərova İradə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki