image-1634885006220885718_1000x669backend

Həkim-infeksionist: “Maska ləğv edilsə də, müəyyən infeksiyalardan qorunmaq üçün taxmaq məsləhətdir”

image-reklam_sirab_01

“Nazirlər Kabinetinin qərarı ilə mayın 1-dən Azərbaycanda qapalı məkanlarda tibbi maskadan istifadə məcburi olmayacaq. Lakin nəzərə almalıyıq ki, hazırda pandemiya hələ bitməyib, yoluxma, yeni təhlükəli ştamların yaranması və yayılması təhlükəsi hələ də qalır. Odur ki, lazımi gigiyena qaydalarına, sosial məsafəyə ciddi şəkildə əmək etmək lazımdır”.

Bu fikirləri Veteninfo.az-a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib.

Onun sözlərinə görə, maska ləğv edilsə də, müəyyən keçici infeksiyalardan qorunmaq üçün, xüsusilə də yaşlılar, eləcə də risk qrupuna aid olan şəxslərin maskadan istifadəsi tövsiyə olunur:

“Bununla onlar həm özlərini, həm də yaxınlarını nəinki COVID-19 infeksiyasından, həm də digər yoluxucu xəstəliklərdən qorumuş olarlar. Bu səbəbdən maskadan istifadə məqsədəuyğundur”.

L.Qalimova xatırladıb ki, pandemiya hələ də davam etdiyindən bir sıra ölkələrdə yoluxma və ölüm saylarında artım müşahidə olunur:

“Bu gün ölkəmizdə gündəlik yoluxma ilə bağlı vəziyyət qənaətbəxşdir. Saylarda kifayət qədər azalma var. Bu da təbii ki, əhalinin kütləvi vaksinasiya prosesində iştirak etməsi ilə əlaqəlidir. Çünki artıq insanlar arasında kütləvi immunitet formalaşıb. Bunu qoruyub saxlamaq lazımdır. Bu gün xəstəliyə yoluxan olsa da, həmin müddəti yüngül keçirirlər. Lakin nəzərə almalıyıq ki, pandemiya davam etdiyindən gələcəkdə bizi nələrin gözlədiyindən xəbərsizik. Bütün hallarda qoruyucu tədbirlərə düzgün şəkildə əməl etməyi tövsiyə edirik”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir. Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image