image-70backend

Həkim: “Mədəkiçiltmə əməliyyatı hamilə qalmağa maneə deyil”

image-reklam_sirab_01

“İstənilən bariatrik əməliyyatdan (mədəkiçiltmə, artıq çəkidən azad olma) 12-16 ay keçəndən sonra qadınlar hamilə qala bilərlər. Hamiləliyin sayında isə məhdudiyyət yoxdur”.

Veteninfo.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin əməkdaşı, həkim Taryel Ömərov deyib.

O qeyd edib ki, bu, istənilən yaş dövrünə aiddir.

Həkim onu da əlavə edib ki, əməliyyatdan sonra təkrar kökəlmələr ola bilər: “Elmi araşdırmalara görə, hazırda 100 xəstədən 13-18 %-də 3-5 ildən sonra təkrar piylənmə ola bilər. Yəni əməliyyatdan sonra yenidən piylənmə ehtimalı az da olsa, var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image