image-45bd1a24-7ec9-4861-80fd-7abad4fcf7f0backend

Həmyerlimiz bir ildə 6 Finisher medalı qazanıb

image-reklam_sirab_01

İyul ayı Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışı ilə əlamətdar oldu. İki gün davam edən turnirdə 10-dək ölkənin velosipedçiləri mübarizə aparıb.
Yarışda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin MSN komandası da iştirak edib. Komandanın ən gənc üzvü, Türkiyədə təhsil alan azərbaycanlı  tələbə Samir Bayramov olub. 22 yaşlı Samir Bayramov həm də ölkəmizi Türkiyədə keçirilən velosiped yarışlarında təmsil edir. Qeyd edək ki, Azərbaycan Velosiped İdman Federasiyasının Milli komandasının  dəvəti ilə turnirə qatılan həmyerlimiz Türkiyədə son bir ildə keçirilən yarışlarda  6 Finisher Medalı qazanıb. Şuşa yarışında  71 km etabın 36 km-ni tamamlayan gənc velosipedçi gələcəkdə Azərbaycan Milli Komandasının tərkibində təmsil olunmağa iddialıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki