image-518bbd5e-193d-4b73-a561-e5759e99f55ebackend

Hər  bir azərbaycanlının Prezidenti

image-reklam_sirab_01

2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.  Ölkəmiz 2022-ci ili ciddi sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurur. Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi strategiyanı 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son 19 ildə ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirsək, dövlət başçısının fəaliyyətində bu şərtlərin özünü necə dəqiqliklə doğrultduğunu əyani şəkildə görərik.

Prezident İlham Əliyev Azərbaycanı son onillikdə iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin Avropa regionunun enerji təhlükəsizliyi missiyasını öz üzərinə götürməsi də danılmaz reallıqdır.İqtisadi baxımdan inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməyi qarşıda başlıca məqsəd qoyan ölkə başçısı hüququn aliliyinə, ictimai həyatın müxtəlif sahələrində şəffaflıq və hesabatlılığın gücləndirilməsinə, hər bir vətəndaşın qanuni maraq və mənayefinin təminatına yönəlmiş siyasət yürüdür.

İqtisadiyyatın uğurlu inkişafının bariz göstəricilərindən biri də pandemiya şəraitində özünün pik həddinə çatan qlobal maliyyə-iqtisadi böhranın ölkəmizə təsirlərinin minimum həddə olmasıdır. Sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son üç ildə Azərbaycanın pandemiya ilə mübarizədə möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarıb. Həmçinin Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə bir sıra dövlətlərə yardım edilib, eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilib.

Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyası ölkə vətəndaşlarının böyük sevinc və məmnunluğu ilə qarşılanır. Azərbaycanın Vətən müharibəsindəki layiqli qələbəsi Prezident İlham Əliyevin son bir ildə regional və qlobal miqyasda nüfuzunu daha da artırıb, bu ilin yekunları üzrə dünyanın ən uğurlu liderləri sırasında yer almasını təmin edib.Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Onun fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulub.

Kübra Cabbarova –  Əməkdar həkim

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki