image-park-1backend

Hərbi qənimətlər parkı müharibənin miqyasını və qələbənin mahiyyətini göstərir

image-reklam_sirab_01

Albert Eynşteyn müharibə haqqında demişdir: “Suverən dövlətlər mövcud olduqda müharibə qaçılmazdır! Əgər müharibə varsa, iki tərəfdən biri ya uduzmalı, ya da qalib gəlməlidir”.Müharibə, terrorizm, həqiqətən insanlığın dağıdılmasıdır. Bunlar hər ikisi həddən artıq zorakılıq hərəkətlərini əhatə edir. Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi məhz terrorizmə bariz nümunədir. Uzun illərdən bəri Azərbaycanın ən gözəl guşələrinədə yaşayıb, vətənimizin mədəni tarixi  abidələrini viran qoyan hərəkətləri onların terrorist olmasının sübutudur.Müharibə dövründə belə müharibə əsirləri ilə rəftar, mülki əhalinin hədəf seçilməsi, yaralılara tibbi yardım göstərilməsilə bağlı məhdudiyyətlərə ermənilər tərəfindən əməl olunmadı. Bütün bunlar məhz müharibə cinayətləridir. Onlar gözlərini qırpmadan dinc əhaliyə qarşı qətl, təcavüz, işgəncələr törətdilər. Onların törətdiyi terrorizm çoxsaylı insanların məhv olması, minlərlə insanın psixoloji travma almasına səbəb oldu.Bütün bunlara baxmayaraq, beynəxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyilə qısa müddətə gərçəkləşdirdi. Ordumuz müasir texnoloji silahlarla düşmənin idarəetmə məntəqələrini, döyüş texnikasını sıradan çıxardı. Bununla da onların ordusunu iflic vəzyətinə saldı. Qısa müddətə bu qələbəni qazandıran döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların qəhrəmanlığı sayəsində qarşı tərəfin saysız-hesabsız döyüş texnikası qənimət kimi götürüldü. Və sevindirici hal bu idi ki, düşmənin əlində Azərbaycan silahlı qüvvələrinə məxsus bir dənə də texnika yox idi. Çünkü biz öz tarixi torpaqlarımızda vuruşub, öz torpaqlarımızı azad etmişik. Məhz bu səbəbdən də döyüş əməliyyatlarında qorxaq erməni əsgəri öz mövqelərini qoyub qaçırdı. Məğrur Azərbaycan əsgəri isə öz şirin canından keçirdi.Nəhayət 30 il gözlədiyimiz günün şahidi olduq. 44 gün müddətində Azərbaycan ordusu öz gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi.Azərbaycan vətən müharibəsində Qələbəsini rəsmiləşdirdikdən sonra Prezident cənab İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqda təşəbbüs irəli sürdü. Artıq açıq səma altında nadir park salınıb. Bu gün biz artıq öz gələcəyimiz ilə Hərbi Qənimətlər Parkının görəcək və ziyarət edəcəyik. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar qənimətlər sırasındadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərində  ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobil nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya və qələbəmizin möhtəşəmliyini göstərir. Bu erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur. Burada göstərilən eksponotlar Azərbaycana Zəfər qazandıran döyüşü bir daha göz önündə canlandırmağa imkan verir. Sevindirici haldır ki, buraya gələn hər bir insan- Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcək.Hər bir Azərbaycan vətəndaşı çox xoşbəxtdir ki, bu tarixi şərəflə onlara şahidlik etdi, möhtəşəm tarixi günləri yaşadı. Birliyimiz Qarabağı qaytardı.Biz hər birimiz mütləq mənada bu parkı ziyarət etməliyik. Mən buna əminəm ki, salınan bu park hər bir Azərbaycan vətəndaşının xüsusi ilə gənc nəslin vətənpərvər ruhda böyüməsindən mühüm əhəmiyyətə malik olacaq. Çünki, Hərbi Qənimətlər  Parkı müharibənin mövqeyini, qələbəmizin möhtəşəmliyini göstərən qiymətli bir xəzinədir. Qoy bütün insanlar bilsinlər ki, bütün bunlar şəhidlərimizin qanı, qazilərimizin canı bahasına başa gəlib. Hamı şahid olsun ki, ermənilərin bəd əməlləri cavabsız qalmadı. Budur onlara verilən cavab.

Qarabağ Azərbaycandır.

 

Xoşbəxt Feyzullayeva,  

Salyan Peşə Liseyinin müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki