image-1backend

Həyata qaldığın yerdən davam et

image-reklam_sirab_01

Füzuli rayonu Azərbaycan Respublikasının ən səfalı yerlərindən olan Qarabağın tərkibində olan bir rayondur.Bu səbəblə də mənfur düşmənlərimizin bu torpaqlarda əzəldən gözü olmuşdur. Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 08.08.1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Tarixi 1827-ci ildən hesablansa da, Azıx mağarasındakı tapıntılar buranın ən qədim insan məskəni olduğunu sübut edir.Təəssüflər olsun ki, 23avqust 1993-cü il tarixində mənfur düşmənlərimiz olan ermənilər öz istəklərinə nail olaraq Füzuli rayonu və onun böyük bir hissəsini işğal etdilər.Lakin çox qısa müddət sonra Ümummilli Lider Heydər Əliyev verdiyi əmr ilə Azərbaycan Silahlı Qüvvələri “Horadiz” əməliyyatına başladı.Bu əməliyat nəticəsində şanlı ordumuz Füzuli rayonunun 22 yaşayış məntəqəsini mənfur düşmənin əlindən azad elədi. Torpaqlarımızın bir hissəsi azad olduqdan sonra rayon əhalisinin təxminən 50%-i öz yurd-yuvalarına dönərək həyatlaına qaldıqları yerdən davam etdilər.Bu gün 65962 füzulili doğma yurd-yuvalarında yaşayır. 55038 nəfər məcburi köçkün Bakı şəhəri və Respublikamızın 50 şəhər və rayonunda məskunlaşıb.

Qələbə ilə bitən bu mübarizə zamanı itkilərimizin olmadığını deyə bilmərik.Bu mübarizə zamanı rayon sakinlərindən 400-ə qədəri müharibə əlili,657 nəfəri şəhid olmuşdur,181 nəfər əsir və itkin düşmüşdür.Əvvəldə də bildirdiyimiz kimi Füzuli rayonu Azərbaycanın ən səfalı yerlərindən birində yerləşir.Təbiətinin gözəl,torpağının münbit olmasına əlavə olaraq həmçinin zəngin infrastruktor və tarixi abidələrə də malikdir. Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 685 çarpayılıq 13 xəstəxana, 17 həkim məntəqəsi, 30 feldşer–mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, texnikum, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbəqədər müəssisə, stadion, və s. obyektləri olub.Füzuli rayonunda işğala qədər 2şəhər,16 qəsəbə,82kənd və digər başqa yaşayış məntəqələri də olmuşdur.

Füzulidə bu gün ermənilər zəbt etdiyi torpaqlarımızda ekoloji terrorla yanaşı, rayonun XII əsrə gedib çıxan qəbristanlığını, XVII əsrə aid Mirəli türbəsini, Cəlil türbəsini, XIX əsrdə tikilmiş məscidi, İmamzadə türbəsini və qədim körpüləri darmadağın edərək vandallıq etmişlər.

Lakin tökülən qanların yerdə qalmadığını hamımız bilirik.27sentyabr 2020-ci il tarixində Ermənistan tərəfi irimiqyaslı təxribatlara başladı.Bu təxribatlara qarşılıq olaraq Müzəffər Ali baş komandan,Prezident cənab İlham Əliyevin komandanlığı ilə Vətən müharibəsi başladı.17oktyabra qədər davam edən bu müddətdə Füzuli şəhəri başda olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi.Döyüş zamanı Füzuli rayonunun 80 nəfərədək sakini şəhid olub,300nəfərədək sakini isə yaralanmışdır.Füzuli əməliyyatı sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri işğaldan azad edildi.

Nəhayət 17oktyabrda Füzuli rayonu tam şəkildə mənfur düşmənlərin əlindən alındı.Bu gün nəinki füzulilərin həmçinin bütün Azərbaycan xalqının xatirəsinə,yaddaşına əbədiyyən həkk olunacaq.Füzuli rayonunun yerləşdiyi relyefin çətin olmasına baxmayaraq Azərbaycanın şanlı ordusu bunu bacararaq 30ildir vətən həsrəti çəkən insanları öz yurd-yuvalarına qovuşdurdu.Bu müharibə dövründə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki