Bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili deyib ki, başda Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan xalqı qardaş köməyi üçün səfərbər olub.
İqbal Məmmədov diqqəti Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımınıa yönəldərək vurğulaylb ki, bu həm də Azərbaycan xalqının xeyirxah, nəcib keyfiyyətlərinin göstəricisi idi və vətəndaşlarımız da öz növbəsində bu çağırışa qoşularaq qardaş yardımından yaxından iştitrak edirlər. Bu humanitar missiyada Azərbaycan xanımlarının da xüsusi fəallıq nümayiş etdirdiyini diqqətə çatdıran millət vəkili deyib ki, bununla biz eyni zamanda Mehriban xanım Əliyevanın simasında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəsübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını görürük.
İqbaıl Məmmədov vurğulayıb ki, Mehriban xanım Əliyevanın timsalında bütün humanitar missiyalarda ön sırada yer alan Heydər Əliyev Fondu bu gün də qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanların yanındadır, onların bütün zəruri ehtiyaclarını qarşılamaq istiqamətində addımlar atır:
“Təbii fəlakətin baş verdiyi gündən etibarən indiyə qədər Mehriban xanım Əliyevanın tapşırığı və dəstəyi ilə Heydər Əliyev Fondu bir neçə dəfə zəlzələ qurbanlarına yardımlar göndərib. Hazırda da Fondun yardımları davam edir”.
Deputat Azərbaycan Respublikasının Milli Məclisinin də Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göndərdiyini, parlament rəhbərliyi başda olmaqla ayrı-ayrı millət vəkillərinin humanitar aksiyada yaxından iştirak etdiyini diqqətə çatdırıb.