image-6c044b04-cfcb-3cae-9249-d07ade416ee5_850backend

Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup ukraynalı uşaq Bakıda reabilitasiya keçəcək

image-reklam_sirab_01

Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə Ukraynadakı vəziyyətlə əlaqədar bir qrup uşaq Bakıda reabilitasiya keçəcək.

Avqustun 21-də 7-17 yaş arasında olan valideyn himayəsindən məhrum 28 uşaq və onları müşayiət edən 4 nəzarətçi Bakıya gəlib.

Hava limanında qarşılanan uşaqlar xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinə aparılaraq yerləşdirilib. Burada 21 gün ərzində uşaqlara psixoloji və ehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstəriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki