image-photo-2022-06-12-15-14-04backend

Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb.

image-reklam_sirab_01

Tarixə nəzər salsaq, neçə-neçə dahi şəxsiyyətlərinin yetişdiyini görmək mümkündür. O şəxsiyyətlər ki, missiyası xilaskar olur – millətin, dövlətin, tarixin xilaskarı olmaq.
Azərbaycanın dövlət müstəqilliyi ölkədə hakimiyyətsizliyin, siyasi-iqtisadi böhranın baş götürdüyü bir vaxtda müdrik şəxsiyyət olan Heydər Əliyev sevdiyi Azərbaycanı qorumaq üçün bütün imkanlardan istifadə etdi. Xalqına dayaq duraraq, puç olan ümidləri canlandıraraq xalqı birlik və həmrəyliyə çağırdı və hər şey Heydər Əliyevin Bakıya qayıdışı ilə başlayır. Həmin gün, 9 iyun 1993-cü il müstəqillik tariximizə qızıl hərflərlə yazılıb.
19993-cü ilin mayında ölkədə hakimiyyətsizlik baş alıb gedirdi. Neçə illər ərzində Azərbaycanın nail olduğu müstəqilliyin itirilməsi təhlükəsi xalqı xorxudurdu. Belə bir gərgin anda 4 iyun Gəncədə baş vermiş silahlı qarşıdurma vəziyyəti daha da çətinləşdirdi. Müsavat hakimiyyəti vəziyyəti sakitləşdirməyə çalışsa da, ictimai təhlükəsizliyi təmin etmək gücündə deyildilər. Böhranların artdığı bir dövrdə özbaşnalıq da artmışdı.
O dövrdə Naxçıvan MR Ali Məclisinin sədri, siyasətçi Heydər Əliyev uzaqgörən siyasəti ilə Azərbaycanı gözləyən fəlakəti hiss edirdi. Narahatçılıq içində olan xalq çıxış yolu axtarırdı. 9 iyun Bakıya qayıdan Ümummilli lider gəlişi ilə «bizi heç kim yıxa bilməz» şüarı ilə xalqın xilaskarı oldu. Xalqın israrı ilə Bakıya gələn Heydər Əliyev hadisələrin əsl səbəbini öyrənmək üçün insanlara görüşdü.
İyunun 15-də keçirilən Ali Sovetinin sessiyasında açıqlama verən ulu öndər Heydər Əliyev bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar gərginliklərə son qoyacaq: «Hadisələr dəhşətdir, qan tökülüb cinayət törədilib… Ancaq mən demişəm və bir də daha deyirəm ki, mən heç vaxt silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma yalnız sülh yolu ilə, barışıq yolu ilə, danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunmalıdır.»
İyunun 15-də keçirilən sessiyada Ulu Öndərin söylədiyi «Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyavi-bəşəri dəyərlərin hamısından istifadə etməliyik» sözləri gələcək yola atılan ilk imza oldu. Həmin gündən Azərbaycanın müstəqillik tarixinə «15 iyun – Milli Qurtuluş Günü» kimi yazıldı.
«Mən xalqımla bir yerdə olmaq və xalqımın bu ağır günündə ona kömək olmaq üçün qayıtmışam» söyləyən Ulu Öndərin vədini yerinə yetirdi. Heydər Əliyevin həmin sessiyada səsvermə nəticəsində Ali Sovetinin sədri seçilməsi ilə müstəqilliyimizin təməli qoyuldu.
Məhz bu günədək prezident İlham Əliyevin davam etdirdiyi varislik siyasəti ilə ümumilli lider Heydər Əliyevin arzuladığı möhtəşəm Azərbaycan dünyada tanındı, dünya markalarının və brendlərin önünə keçməyi bacardı. Bir sıra tədbirlərin, qurumların üzvü oldu. İqtisadiyyat, təhsil, siyasət sahələrində öz sözünü demiş və bununla belə bir çox sahələrdə özünü inkişaf etdirmişdir. 2020-ci ilin sentyabrın 27-dən davam edən 44 günlük müharibə nəticəsində düşmən əsarəti altında olan Qarabağ torpaqlarımız işğaldan azad olundu.
Azərbaycanı inkişafa aparan bu yol 9 iyun 1993-cü ildən başladı…

Nəsimi rayon sakini Osmanova Kəmalə

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki