image-reklam-veteninfo
image-6234473938809623447393880a16475932737301781cc1ebba02887fbc17d1eb34c5backend

Hikmət Hacıyev: “Azərbaycan BMT-nin sülhməramlı missiyalarına töhfə verib”

image-reklam-veteninfo

Azərbaycan BMT Nizamnaməsinin də əsas götürdüyü beynəlxalq hüququn prinsiplərini dəstəkləyir. Azərbaycan BMT-nin sülhməramlı missiyalarına töhfə verib.

Bunu Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Bu gün azərbaycanlı sülhməramlılar Sudan və digər nöqtələrdə öz töhfələrini verir”, – Hikmət Hacıyev bildirib.

O diqqətə çatdırıb ki, Azərbaycan BMT-nin humanitar fəaliyyətinə fəal dəstək verir, bir çox təşəbbüslərlə çıxış edir.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan və BMT əməkdaşlığının parlaq gələcəyi var.

“Əgər bir ölkə BMT qarşısında öz öhdəliklərini yerinə yetirmirsə, buna görə BMT-ni günahlandırmaq olmaz. O, buna görə məsuliyyət daşımır. Ermənistan və başqa ölkələr BMT qarşısındakı öhdəliklərinə riayət etməlidirlər. Biz dünyanı BMT-siz təsəvvür edə bilmərik. Bizim yalnız bir BMT-miz var. Bütün ölkələr də, üzvlər də bu təşkilatın inkişafına, güclənməsinə dəstək verməlidir”, – Prezidentin köməkçisi qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki