image-f4930b5b-639f-4b85-9755-8a32212ffca7backend

Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının idarə sədri ilə görüşüb

image-reklam_sirab_01

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun arasında görüş keçirilib.

“Report”un xəbərinə görə, görüş zamanı H.Hacıyev Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, 44 günlük müharibə zamanı qardaş ölkənin media orqanları Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində böyük işlər görüb: “Biz Türkiyəyə Azərbaycana media sahəsində göstərdiyi dəstəyə görə təşəkkür edir və bunu yüksək qiymətləndiririk”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki