Hindistanın Bihar ştatında fişəng istehsal olunan evdə baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisə Saran rayonunda baş verib.
Partlayış nəticəsində evin bir hissəsi dağılıb. Səkkiz yaralı rayon xəstəxanasına çatdırılıb.
Polis dağıntılar altında insanların qala biləcəyini istisna etmir.


























