image-f37e9df6-2fbb-3342-a061-d4e25b879564_850backend

Honkonq xaricdən gələnlər üçün karantini ləğv etmək qərarına gəlib

image-reklam_sirab_01

Honkonq xaricdən gələn turistlərin hoteldə karantinə alınması tələbini ləğv edir.

Bu barədə “Bloomberg” nəşri Çinin bu xüsusi inzibati bölgəsinin rəhbəri Con Liyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, məhdudiyyətlər sentyabrın 26-dan götürülür.

Honkonq KİV qeyd edib ki, indi istənilən hotelə daxil olan turistlər sadəcə üç gün ərzində həkim nəzarətində qalmalıdırlar. Eyni zamanda bu günlər ərzində onların hoteldən kənara çıxmasına icazə veriləcək. Gələnlərdən hələ də Honkonq hava limanında PCR testindən keçmələri və hotellərinə və ya evlərinə gəlməzdən əvvəl nəticələri gözləmələri tələb olunur.

Bloomberg vurğulayıb ki, karantinin ləğvi gündəlik koronavirusa yoluxma hallarının azalması fonunda baş verib.

Qeyd edək ki, şəhərdə karantin iki ildən artıqdır ki qüvvədədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki