image-381d5e8b-c59c-4e89-a82a-c1dcf48626cebackend

“İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” adlı təlimlərə start verilib

image-reklam_sirab_01

“İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” adlı təlimlərə start verilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün təlimlərə başlanılıb.

Gəncə şəhəri, Heydər Əliyev Mərkəzində təşkil edilən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda ilk təlimlər keçirilib.

Açılış mərasimində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı, təlimçilər Azərbaycan Açıq Hökumət Platformasının kooridnatoru, hüquqşünas Əliməmməd Nuriyev, “Demokratiyanı öyrənmə” İB sədri, hüquqşünas Mirəli Hüseynov, Agentliyin əməkdaşları, Gəncə, Mingəçevir, Göygöl, Kəlbəcər, Samux, Daşkəsən, Goranboy, Naftalan üzrə yerli icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavinləri, müvafiq şöbənin müdirləri, yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuraların rəhbərləri və üzvlərini əhatə edən 96 nəfər iştirak ediblər.

Təlimi açıq elan edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı bildirib ki, Agentlik tərəfindən may-iyun ayları ərzində 9 iqtisadi rayon və Bakı şəhərində keçirilən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının yekun nəticəsi olaraq bu gün bu təlimlərə başlanılıb. Bütün rayonları əhatə edəcək proqramda 859 nəfər iştirakçı təlimlərdən bəhrələnə biləcəklər. E.Çaparlı qeyd edib ki, ictimai iştirakçılıq çox aktual mövzudur və regionlarda ictimai şuraların aktivləşməsi üçün bu cür təlimlərin keçirilməsi olduqca əhəmiyyətlidir.

Çıxışlardan sonra təlimçilər Azərbaycan Açıq Hökumət Platformasının kooridnatoru, hüquqşünas Əliməmməd Nuriyev, “Demokratiyanı öyrənmə” İB sədri,  hüquqşünas Mirəli Hüseynov İctimai iştirakçılığın hüquqi əsasları, məqsədləri və formaları; İctimai Şuralar, İctimai Şuraların  hüquq   və vəzifələri, İctimai Şuranın fəaliyyət çərçivəsi,  İctimai Şuraların Reqlamenti, fəaliyyətinin təşkili, Dövlət orqanları və İctimai Şuralar,  İctimai Şuraların formalaşması mövzularında təlimlər keçiblər.

Nəzəri biliklərdən sonra təlimlər interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

image-fad92f8d-f263-4de0-8cb2-919cfacd97e1 image-0f7b099b-d706-419a-87ce-a315015c6d4a image-ccf0daeb-1a19-4a1c-97de-f752543943a7 image-381d5e8b-c59c-4e89-a82a-c1dcf48626ce image-4be4793c-2055-41e8-a4b5-1e6be9fb96a2

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki