image-reklam-veteninfo
image-photo-2022-04-10-12-31-40-1backend

İdman da bir siyasətdir.

image-reklam-veteninfo

Yarışlarda qalibiyyətimiz Dövlət Himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın dalğalanması ilə müşayiət olunur. Bu isə öz növbəsində ölkəmizin təqdimatı, beynəlxalq aləmdə yerinin və rolunun möhkəmlənməsi, ən əsası bu sahədə mövcud imkanlarımız barədə dünya ictimaiyyətinin məlumatlara malik olması deməkdir. Azərbaycanda idman sahəsində yaradılan infrastruktur beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, bu tədbirlərin yüksək səviyyədə təşkilatçılığı layiqincə dəyərləndirildi.

İdman ölkəsi olmaq, idmançılar ordusu yetişdirmək cəmiyyətin sağlam və müdrik olmasının mühüm şərtlərindəndir. Xüsusilə ölkənin hərbi qüdrəti və güclü ordu formalaşdırılmasında peşəkar kadrların idmanla məşğul olan daha sağlam insanlardan formalaşdırılması həm də cəsur və qalib hərbçi deməkdir.

O cümlədən idman hər bir ölkənin adının və bayrağının ucaldılması, onun beynəlxalq miqyasda tanıdılması anlamını verir. Bu barədə ulu öndər Heydər Əliyev demişdir: «İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.»

Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır. 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız da yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər: Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir. Bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır. Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Dövlət başçısının qeyd etdiyi kimi, məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır və qazanmaqdadır.

33-cü Yay Olimpiya Oyunlarının 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə keçirilməsi planlaşdırılır.

İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu.

Hərbi qüdrətimizin artması, müdafiə qabiliyyətimizin yüksəldilməsi üçün saysız-hesabsız işlər görüldü. Nəhayət, bütün bu hazırlıqlar və görülən işlər öz nəticəsini hərb tariximizin şərəfli səhifəsinə çevrilən “Dəmir yumruq” əməliyyatı ilə göstərdi. Hərbi sahəyə olan xüsusi diqqətin təzahürü idi ki, güclü Azərbaycan Ordusu tarixi torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdi. Azərbaycan əsgəri əliyalın, südəmər körpələrimizin, ahıl yaşlılarımızın, qadınlarımızın başına açılan və heç bir insanlığa sığmayan erməni terrorunun, barbarlığının gecikmiş, amma layiqli cavabını verdi. Düşmən öz xislətindən döyüşlər vaxtı da əl çəkmədi. Döyüş meydanından kilometrələrcə uzaqda olan mülki əhaliyə qadağan olunmuş silahlardan atəş açdı. Bunlar xalq-ordu birliyini, qələbə istəyini sarsıda bilmədi. Ali Baş Komandanının və xalqının etimadını layiqincə doğrultmaq üçün Azərbaycan əsgəri vaxtından, vədəsindən asılı olmayaraq döyüş meydanında düşmənə aman vermirdi. Bu tarixi qələbə Vətən həsrətinə son qoydu. O günlər hər bir azərbaycanlının gözlədiyi günlər idi, şəhidlərimizin qisasının alındığı günlər idi, ata-babalarımızdan bizə miras qalan tarixi ərazilərimizin Vətən torpağına birləşdiyi günlər idi. Böyük Qələbə qədirbilən Azərbaycan xalqı tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tariximizdə əbədi yaşayacaq və gələcək nəslə layiqincə və lazımınca aşılanacaq. Qazanılan Zəfər gənclərimiz üçün əsl qəhrəmanlıq, rəşadət və igidlik nümunəsidir. Qürur duymalıyıq ki, biz rəşadətli ordusu olan qalib ölkənin vətəndaşlarıyıq. Dünya tarixində belə hadisələr tez-tez olmur. Bunun üçün də biz Zəfər tariximizi layiqincə yaşatmalı və gələcək nəslə düzgün ötürməliyik ki, onlar da əcdadları kimi bu torpağın hər qarışını müqəddəs Vətən bilsin, onu göz bəbəyi kimi qorusun. Çünki Vətənin hər qarışı bizə əzizdir. Torpaq şəhid qanı ilə vətənləşir. Biz xalq olaraq Böyük Qələbəyə gedən yolda çox qurbanlar vermişik. Qazanılan qələbə ilə Mübariz İbrahimovun, general-mayor Polad Həşimovun və onların timsalında bütün şəhidlərimizin qisası alındı. Azərbaycan tarixinin şanlı səhifələrinə “Zəfər salnaməsi” yazan oğullarımızdan nə qədər danışsaq azdır. Canını və qanını Vətən torpaqlarının azadlığına, ölkənin suverenliyinə, xalqın firavanlığına qurban verən şəhidlərimizin ruhu qəlbimizdə əbədi yaşayır və tarix boyu qədirbilən soydaşlarımız tərəfindən yüksək ehtiramla yad ediləcək. Qələbədən daha vacib ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb.

 

Vətən müharibəsi qazisi

Hüseynov Mehman

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki