image-27backend

İƏT xarici işlər nazirləri Qarabağla bağlı hesabatı müzakirə edəcək

image-reklam_sirab_01

Gələn ilin mart ayında Pakistanın paytaxtı İslamabadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Veteninfo.az-ın xəbərinə görə, toplatında təşkilatın Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) faktaraşdırıcı missiyasının Azərbaycanın işğaldan azad olunan ərazilərində apardığı araşdırmalarla bağlı hesabatı müzakirə olunacaq.

Qeyd edək ki, İƏT MDİHK-nın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 18-ci sessiyasında İƏT-in faktaraşdırıcı missiyasının azad olunan ərazilərlə bağlı hesabatı qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki