image-251f0fb8-af0a-3c81-a566-a0e698570cec_850backend

II Elizabet səhhətindəki problemlərə görə Consonun istefasını Londonda qəbul etməyəcək

image-reklam_sirab_01

Böyük Britaniya kraliçası II Elizabet səhhətində yaranan problemlərə görə sentyabrın 6-da Baş nazir Boris Consonun istefasını Bukingem sarayında qəbul etməyəcək.

Bu barədə “The Sun” məlumat yayıb.

Qeyd olunub ki, 96 yaşlı monarx vəzifəsini tərk edən hökumət başçısı ilə ənənəvi olaraq yayın ikinci yarısını və sentyabrın əvvəlini keçirdiyi Şotlandiyanın Balmoral qəsrində görüşəcək.

Həmin iqamətgahda Əlahəzrət yeni baş naziri qəbul edəcək, Consonun varisinə yeni hökumət qurmağı tapşıracaq. Qeyd olunur ki, II Elizabet həyatında ilk dəfə ölkənin Baş nazirini Bukingem sarayında deyil, Balmoral qəsrində təsdiq edəcək.

Qəzetin yazdığına görə, yekun qərar gələn həftə rəsmən açıqlanacaq.

Qeyd edək ki, 96 yaşlı kraliça bel ağrısı və diskomfortdan əziyyət çəkir. Ötən ilin oktyabrında II Elizabet səkkiz ildə ilk dəfə xəstəxanaya yerləşdirilib və bir gün xəstəxanada qalıb, bu da tibbi müayinənin zəruriliyi ilə izah edilib. Bundan sonra həkimlərin təkidi ilə kraliça müvəqqəti olaraq uzaq səfərlərdən imtina edib, ictimai tədbirlərə qatılma ehtimalı xeyli azalıb və uzun illərdən sonra ilk dəfə olaraq xalq qarşısına əsa ilə çıxmağa başlayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki