image-ilham-14backend

İki dövlətin gələcək əməkdaşlığı daha da möhkəmlənir

image-reklam_sirab_01

Azərbaycan Respublikası ilə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiya Respublikasıdır.

Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətlərinə, etibarlı və hərtərəfli əməkdaşlığa yeni təkan verən 21 dekabr 2022-ci il tarixində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşü olmuşdur.

Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsi, müxtəlif sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılmışdır.

Prezident İlham Əliyev bu əlaqələrin inkişafında baş verən müsbət qendensiyanı mətbuata verdiyi Bəyanatda qeyd edərək bildirmişdir ki, “Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır.“-deyə diqqətə çatdırmışdır.

Serbiya prezidentlərinin Azərbaycana bir neçə dəfə səfərləri baş tutmuşdur: 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Tomislav Nikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər. Aleksandar Vuçiçin Serbiya Respublikasının Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-nə təsadüf edib.

Ölkələr arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunmuşdur.

 

 

Aynur Xəlilova – tarixçi

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki