image-photo-2022-08-26-12-13-29backend

İki ölkə arasında yaxın dostluq münasibətləri.

image-reklam_sirab_01

 

Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim dövrlərə dayanır. Belə ki iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. 1997-ci il iyunun 10-11-də Prezident Heydər Əliyev Qazaxıstana rəsmi səfər edib. Səfərin yekunlarına əsasən, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra sənədlər imzalanıb.  Prezident İlham Əliyevin isə  Qazaxıstana ilk rəsmi səfəri 2004-cü ildə olmuşdur.

İki ölkə arasında qardaşlıq münasibətlərinin olduğunu vurğulamış və nitqinə aşağıdakı cümlələrlə davam etmişdir. “Qazaxıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması, iki ölkə arasında münasibətlərin yeni bir mərhələyə çıxacağına dəlalət edidir. Bu günə kimi Azərbaycanla Qazaxıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcud idi. Bu səfərdən sonra yeni bir mərhələnin başlanğıcı heç şübhəsiz iki ölkə arasında həmin münasibətlərin yeni bir mərhələyə çıxarılması, eyni zamanda iki ölkənin inkişafına və tərəqqisinə xidmət edəcəkdir və xalqlarımızı, ölkələrimizi daha da yaxınlaşdıracaq”.

Hətta  2004-cü il martın 1-də Qazaxıstan Respublikasının Astana şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannamə təsdiq edilmişdir. Bəyanamədə tərəflərin strateji tərəfdaşlığı möhkəmləndirmək məqsədilə siyasi əlaqələri və qarşılıqlı fəaliyyəti daha da inkişaf etdirəcəkləri vurğulanmışdır. Bundan əlavə bəyannamədə Dağlıq Qarabağ mövzusunda məsələlər yer almışdır. Beləki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına tərəfdar olduqlarını təsdiq edərək, Tərəflər bu münaqişənin həllinin suverenlik, ərazi bütövlüyü və sərhədlərin pozulmaması prinsiplərinə hörmət və riayət edilməsinə əsaslanmalı olduğuna bir daha qəti şəkildə əmin olduqlarını bildirmişlər. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi  xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır. Bundan əlavə  Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir rəsmi görüşə ev sahibliyi etmişdir.

Rəhimova Elnarə

Azərbaycan Dövlət Pedaqoji Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki