image-img-20220623-wa0009backend

İki ortaq tarix iki qüdrətli dövlət

image-reklam_sirab_01

İki ortaq tarix iki qüdrətli dövlət.

Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir. Azərbaycanla Özbəkistan tarixən də bir-birinə bağlı olub. 1930-cu illərindəki “Qırmızı terror” zamanı on minlərlə azərbaycanlı Mərkəzi Asiya ölkəsinə sığınıb. Ötən əsrin 66-cı ilində baş verən şiddətli zəlzələdən sonra ölkənin paytaxtı Daşkəndin bərpasında azərbaycanlılar da fəal iştirak ediblər.
Hazırda 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Azərbaycan və Özbəkistanı birləşdirən bir digər məqam isə SSRİ, xüsusilə bədnam şöhrət qazanmış Mixail Qorbaçovun hakimiyyəti dövründə onların müxtəlif sahələrdə ayrı-seçkiliklə qarşılaşması olub. Özbəkistanda törədilən Fərqanə hadisələri, həmçinin Azərbaycanda 20 Yanvar qırğını və Sumqayıt hadisələri Kremlin bu iki xalqa qarşı eyni dəsti-xətti üzrə apardığı siyasətin nümunəsidir. Maraqlıdır ki, ümumiyyətlə, hər iki ölkədəki qırğınlarda ermənilərin rolu olub. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Səfər zamanı keçiriləcək görüşlərdə dövlət başçıları qarşılıqlı ticarətin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsini müzakirə edilib. Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində hər iki ölkənin aidiyyəti dövlət qurumlarının rəhbərləri arasında da görüşlər keçirilib və əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Keçmişə nəzər saldıqda biz görərik ki, Ulu öndər Heydər Əliyev daim türk dünyası ölkələri arasında inteqrasiyaya çalışmış və o, türk dünyasının yazarları ilə görüşündə buna ətraflı toxunub: “…Xalqlarımızın mədəniyyəti, ədəbiyyatı, şeiri bir çox məhrumiyyətlərə, çətinliklərə məruz qalmışdır. Bu çətinliklər tarixin, ola bilər ki, bəzən çox böyük mərhələlərində mədəniyyətimizə zərbələr vurmuş, ancaq mədəniyyətimizi, ədəbiyyatımızı, şeirimizi öldürə, məhv edə, yox edə bilməmişdir. Türkdilli xalqların bütün bu çətinliklərdən, sınaqlardan keçib gəlmiş mədəniyyəti, ədəbiyyatı, şeiri indi dünyada, bəşəriyyətdə

özünəməxsus görkəmli yerini tutubdur.” Ulu öndər Heydər Əliyevin irsini və fəaliyyətini araşdırarkən bunu aydın şəkildə görmək mümkündür ki, o, istər sovet, istərsə də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə yürütdüyü siyasət və çoxtərəfli fəaliyyəti milli maraqların müdafiəsi, öz kökünə bağlılıq, qohum xalqlarla münasibətlərin inkişafı, beynəlxalq siyasi arenada Azərbaycanın nüfuzunun artmasına xidmət etmək olmuşdur. Məhz, Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılması, ölkələrimizin strateji partnyor olması, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ölkələrimizin bir-birini bütün beynəlxalq platformalarda dəstəkləməsi onun bu dostluğumuzdakı müstəsna rolunu görmüş oluruq. Bugün Ulu Öndər Heydər Əliyevin arzuları və ideyaları gerçəkləşmiş, müstəqil Azərbaycan dünya dövlətləri arasında inamla irəliləyir, öz kökünə, tarixi keçmişini, müstəqilliyini, zəngin mədəniyyətini qoruyaraq inkişaf etdirir.

Bakı Musiqi Akademiyası
Özləm Əliyeva

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki