image-reklam-veteninfo
image-photo-2022-04-14-10-01-22backend

İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq.

image-reklam-veteninfo

Veteninfo.az -Bildiyimiz kimi 26 iyun Azərbaycan Silahlı qüvvələri günü kimi qeyd edilir.Ulu önder Heydər Əliyev ordu quruculuğuna hər zaman diqqət etmiş və bu sahədə bir çox islahatlar keçirmişdir.Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində bu gün  Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Aprel döyüşlərində ,2 ci Qarabağ müharibəsində Ordumuzun göstərdiyi şücaət dünya hərb tarixində qızıl heriflerle yazılmışdır.Vətən müharibəsindən Ordumuzun her bir fərdi öz canı, qanı bahasına torpaqlarımızı düşmən tapdağından az etmiş 30 il davam edən bu haqqsiz işğala son qoymuşdur.Şüphəsiz ki, Xüsusi təyinatlı qüvvələri ayrıca qeyd etmək lazımdır.44 gün davam edən Vətən müharibəsində ən öndə gedərək bir addım belə geri cəkilmədən torpağımızın her qarışıni öz qanları, canları bahasına erməni terrorçularindan təmizlənmiş ve  illərdir həsrətini çəkdiyimiz bu torpaqlarda Azərbaycanın şanlı bayrağını dalğalandırmışlardır.

Xüsusi təyinatlı olmaq üçün ,fiziki , zehni və həmçinin  güclü iradəyə sahib olmaq vacib idi çünki , çox ağır  kurslardan keçilir ve sadece bu kursu tam başa vuran herbiclər Xüsusi təyinatlı ola bilirdiler.Xüsusi Təyinatlılarda hazırlıq kursları əsasən fərqli bir çox xarici  ölkələrdə həyata keçirilir.Burada  əsas məqsəd hərbçinin hər cür hava şəraitinə uyğunlaşması  və  həmin şəraitdə vəziyyətdən çıxmağa öyrənməsidir. Kurslarda silahların istifadə qaydasını, müxtəlif bombaların hazırlanması öyrədilirdi ve bunun nəticəsində hər vəziyyətdən rahat şəkildə çıxmağı bacarırdılar. Vətən müharibəsində ən ön safda geden Şuşanın dağlarını qalxaraq erməniyə qan udduran  “Yaşma”  XTQ-dən biridir.Sadece müharibənin gedişində deyil,həm də müharibədən sonra “Yaşma”nın erməniləri qorxuya salması, onların kabusuna çevrilməsi ilə bağlı həm yerli, həm də xarici mediada müxtəlif fikirlər, yazılar dərc olunurdu.Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən əsasən dənizdə, quruda, sahilyanı ərazilərdə, sualtında xüsusi əməliyyat fəaliyyəti göstərmək bacarığına malik olan Dəniz Piyadaları SAH-SAM (el arasında “ dəniz pişikləri) xüsusi təyinatlıları da Vətən Müharibəsində aktiv iştirak ediblər.Cox az şəxsi heyətlə az sayda şəhid vərərək müharibənin ən qızğın nöqtələrində olmuş və ermənilərin qorxul kabusuna çevirilmişdir.Xususi təyinatli qüvvələr illərce davam edən ağır təlim və kursların nəticəsini hərb meydanında Ermənistan ordusun darma dağın edərək öz qüdrətini göstərmişdir.Hər zaman olduğu kimi bu günde vətənini, torpağını qorumaq üçün xüsusi təyinatlıları yetişdirlir ve onlar silahlı qüvvələrin kild nöqtəsidir.Ali baş komandan İlham Əliyevin  rəhbərliyi ilə ordumuz ən müasir silahlarla təchiz olunur və güclü kadrlarının yetişdirilməsi üçün lazımı işlər görülür.

 

Xəlilova Sərvinaz- YAP üzvü




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki