image-img-20220720-wa0006backend

İkitərəfli əməkdaşlığa mühüm töhfə

image-reklam_sirab_01

Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir.
Hazırda Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Avropa İttifaqı hər zaman Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu, dünyanın enerji xəritəsini yenidən tərtib edən layihələrini dəstəkləyir və onların uğurlu sonluqla başa çatmasına öz töhfəsini verməyə səy göstərir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir, Avropa Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayır.
Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb.
Ölkəmizin həyata keçirilən bütün layihələrdə son dərəcə şəffaf şəkildə öhdəliklərini yerinə yetirməsi, etibarlı tərəfdaş imicini qoruması yeni əməkdaşlıq üçün geniş zəmin yaratmaqda davam edir. Cari ilin iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri və Prezident İlham Əliyevlə Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanması qeyd olunanların sübutu kimi təsdiqini tapır.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə ölkə rəhbəri İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində fəal əməkdaşlığın on beş ildən artıq tarixi olduğunu diqqətə çatdırdı. Azərbaycanın böyük layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdiyini bildirən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin hazırda heç vaxt olmadığı qədər mühüm önəm daşıdığını qeyd etdi.
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen yeni ikitərəfli saziş üzərində ölkəmizlə çalışıdığını qeyd edərək, məqsədlərinin iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlıq əlaqələrinin genişləndirməkdən ibarət olduğunu söylədi.
Bakıda imzalanan saziş Avropa İttifaqı-Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafına böyük töhfə verməklə yanaşı, siyasi müstəvidə də geniş prespektivlərdən xəbər verir.
Bu gün ölkəmiz öz maraqlarını birmənalı şəkildə həyata keçirmək qüdrətində olmaqla bərabər dost dövlətlərə də himayədarlıq etmək qüdrətindədir. Belə bir qüdrətin mənbəyi isə heç şübhəsiz ki, düzgün və dəqiq xarici kurs yürüdən Azərbaycan Prezidentinin nüfuzudur.

Aysel Mənsimova – politoloq

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki