image-reklam-veteninfo
image-photo-2022-04-03-15-35-38backend

İlham Əliyevin Azərbaycan xalqı ilə birgə keçdiyi uğur yolu

image-reklam-veteninfo

 

2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03 faizinin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirməsi və yeni dövrün ruhuna uyğun zənginləşdirməsi Prezident İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsə gətirib çıxarmışdır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Mürəkkəb coğrafi şəraitdə, yəni siyasi maraqların kəsişdiyi bir nöqtədə yerləşən Azərbaycan kimi dövləti idarə etməyin çətinliyini və məsuliyyətini öz çiyinlərinə götürən cənab Prezident hər zaman elə bir siyasi xətt tutdu ki, illər ərzində regional və beynəlxalq layihələr ya Azərbaycanda, ya da Azərbaycanın təşəbbüskarlığı ilə reallaşdı. Vətən müharibəsi dövründə 44 gün ərzində ölkə baş-çımız gecə-gündüz demədən həm şanlı Azərbaycan Ordusuna Ali Baş Komandanlıq etdi, həm danışıqlar masasında qətiyyətli və prinsipial mövqe ortaya qoydu, həm də infor-masiya savaşına məhz özü rəhbərlik etdi. 44 gün ərzində Prezident İlham Əliyevin xalqa hər müraciəti hər kəs tərəfindən həyəcanla gözlənilirdi. Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi. Azərbaycan xalqının ölkə başçısına olan sonsuz güvəni və inamı, ən əsası isə, dövlət başçımızın ətrafında bir yumruq kimi birləşməsi bizi böyük Zəfərə aparan yol oldu. Bir tərəfdən xarici siyasətdə illər ərzində beynəlxalq təşkilatlar çərçivəsində iş aparıldısa, digər tərəfdən də ölkə daxilində nəticəyə istiqamətlənmiş işlər görüldü. Bu gün Azərbaycan dövlətinin bir neçə meyar üzrə – mahiyyət, kəmiyyət və keyfiyyət baxımından gördüyü işlər, sadəcə, yerli və regional kontekstdə deyil, qlobal və ümumbəşəri anlamda da tarixdə iz qoyan işlərdir. Bu gün Azərbaycan demokratik inkişaf yolunu tutmuş bir dövlətdir. Azərbaycanda siyasi partiyaların siyasi və ictimai idarəetmədə iştirakı genişləndirilir, onlar üçün bərabər imkanlar

 

platforması təqdim olunur. Siyasi dialoqun çox gərgin və çətin proses olmasına, onun baş verməsi üçün heç bir düstur və ya texnikanın mövcud olmadığına baxmayaraq, Azərbaycan dövləti bu işin də öhdəsindən gəldi. 44 günlük Vətən müharibəsi çox aydın şəkildə göstərdi ki, Azərbaycanın dostları kimlərdir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti səbəbindən respublikamız həm ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməldə dəstək olan Türkiyə və Pakistan dövlətlərinin köməyi ilə , eynilə Vətən müharibəsində olduğu kimi, postmüharibə dövründə də davam edir. Tarixə nəzər yetirilən zaman əyani faktlar və konkret addımlar sü-but edir ki, bir tərəfdə Ermənistanla sərhədlərini bağlayan Türkiyə dövləti idisə, digər tərəfdə Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr məhz Pakistanın dəstəyi ilə qəbul olunmuşdur. Bu iki dövlət qeyd-şərtsiz Azərbaycanın yanında olduğunu ilk günlərdən açıq şəkildə masa üzərinə qoymuşdur. Bu amil isə Azərbaycanın gücünə güc qatır. Xalqımız Türkiyə və Pakistan ilə bağlı öz hisslərini müharibə zamanı Azərbaycanın hər bir bölgəsində Türkiyə və Pakistan bayraqlarını dalğalandırmaqla göstərdi.

Sadalanan faktların hər biri Azərbaycan –Türkiyə – Pakistan münasibətləri haqqında dolğun təsəvvür yaratmağa imkan verməklə yanaşı, üç ölkə arasında dostluğun və qardaşlığın ən dərin və aydın təzahür forması olduğunu sübut edir. Xalqımız əmindir ki, dövlətimizin başçısı İlham Əliyev müharibədən sonra da milli maraqları rəhbər tutaraq atdığı hər addımı, verdiyi hər mesajı ilə Azərbaycanın təhlükəsizliyini təmin edir və uğur strategiyasını reallaşdırır. Bu zəngin və möhtəşəm fəaliyyət Azərbaycan tarixinin ən yeni səhifələri kimi yaddaşlara yazılıb. İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. keçirilən Zirvə görüşləri məhz milli, regional və qlobal səviyyələrdə pandemiyaya qarşı səylərin birləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi məsələlərini özündə ehtiva etmişdir. Sonuncu tədbirdə dövlətimizin rəhbəri qlobal təhdid mənbəyinə –

COVİD-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsinə və gücləndirilməsinə xidmət edirdi. Ötən müddətdə aqrar-sənaye kompleksində islahatlar genişləndi, ölkədə güclü

 

sahibkarlar sinfi formalaşdı. Bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi uğurla davam edir. Dövlət xətti ilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə milyonlarla manat güzəştli kreditlər ayrılır. Aqrar sektor geniş inkişaf yoluna çıxıb və Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu.

2003-2018-ci illərdə məcburi köçkünlərin problemlərinin həlli sahəsində genişmiqyaslı işlər görüldü, ölkədəki bütün çadır düşərgələri, fin tipli qəsəbələr ləğv edildi, yeni salınmış 100-dən artıq qəsəbə və şəhərcikdə 265 min nəfər məskunlaşdırıldı.

Ulu öndər Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz. Bu ideyanı rəhbər tutan Prezident İlham Əliyev ötən müddətdə Azərbaycanı idman ölkəsinə çevirdi. Bu məqsədə çatmaq üçün bütün ölkə ərazisində Olimpiya mərkəzləri, müasir idman infrastrukturu yaradıldı, idmançılara diqqət və qayğı artırıldı.

Azərbaycanda Olimpiya hərəkatı görünməmiş vüsət aldı. Nəticələr göz qabağındadır. Azərbaycan Rio Yay Olimpiya Oyunlarında böyük zəfərə imza atdı. Tarixdə ilk dəfə hesabına 18 medal yazan milli komandamız medal sayına görə dünyada 14-cü, Avropa ölkələri arasında 7-ci, MDB respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yeri tutdu.

Prezident İlham Əliyevin mədəniyyət konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşıb, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açıb. Bu siyasətin həyata keçirilməsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dəyərli töhfələr verir. Fondun həyata keçirdiyi layihələr sayəsində indi Azərbaycanı dünyada daha yaxşı tanıyırlar.

Azərbaycan mədəniyyətinin sorağı hazırda böyük səhnələrdən gəlir. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.

 

Əliyeva Leyla, YAP-nın üzvü




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki