image-fb_img_1624884078937backend

İmam Rza məqbərəsinin mühafizəsi yenidən keçir təbrizlilərin ixtiyarına-Həmid Herişçi yazır

image-reklam_sirab_01

Məşhəddəki İmam Rza məqbərəsinin qorumaq vəzifəsi, qədimlərdən Təbriz hərbçilərinə, fədailərinə ötürülmüşdü. Bizim Herisçi nəsli də, ulu babam Səttar Herisçi də vaxtiylə, 1850-60 -ci illərdə Məşhəddə, İmam Rza məqbərəsində hərbi qulluq çəkib, türkmənlərlə müharibələrdə ad çıxarmışdı. Arada türkmənlərə əsir də düşüb, sonra bir türkmən qızının köməyi ilə əsirlikdən qurtarmağı bacarmışdı.
İmam Rza məqbərəsini qoruyan son Təbriz fədaisi, əskəri isə 1921-ci ildə Məşhəddə kürdlər tərəfindən qətlə yetirilmiş polkovnik ( kolonel) Mirzə Təqi xan Pusyan olur.
Türkmənçay faciəsindən sonra Pusyan nəsli Qarabağdan Təbrizə köçür. Hərbi istedadlarını ölkənin təhlükəsizliyinə bağışlayırlar. Mirzə Təqi xan bu nəslin son nümayəndəsi sayılmalıdı.
O, Almaniyada ali hərbi təhsil almış ilk İran təyyarəçisi idi. Çox demokratik zabitdi. Şeyx Xiyabani üsyanını yatırtmaqdan imtina etmiş, sonra Xorasana göndərilmişdi. Orda, yerli irtica ilə mübarizə aparmış, demokratik idarəetmə qurmaq istəmiş, bu səbədən öldürülmüşdü. Qəbri beş dəfə sökülüb, beş dəfə də xalq tərəfindən təntənəli şəkildə bərpa edilib.
Tarixi keçmişdə qoyub qayıdaq bu günə. İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi özü xorasanlı, məşhədlidir. Təbriz seçicilərinin həlledici səsi ilə qələbə qazanmış İbrahim Rəisi, Təbriz klanı ilə Xorasan klanı arasında ortaq fiqurdu.
Mirzə Təqi xan Pusyan nümunəsində görürük ki, təbrizlilərin Məşhədlə əlaqəsi təzə deyil…çox dərin hərbi ənənələrlə bağlıdır. İndi növbəti dəfə bu ənənə dirildi. Gündəmə gəldi.
İbrahim Rəisi, gördüyümüz kimi, çox qədim bir xətt üzərində dayanıb. İstərdim ki, o hərdən Məhəmməd Tağı xan Pusyanı da o unutmasın…
Beləliklə Xorasanın təhlükəsizliyi, İmam Rza məqbərəsinin mühafizəsi yenidən keçir təbrizlilərin ixtiyarına.
Mirzə Təqi xanın işini davam etdirək…Qoy bu dəfə Rza xan davamçıları, qara güruh, farspərəstlər bu böyük ənənəni pozmasınlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki