image-68e9652a-492c-44bf-9ff9-601538103c94backend

İmzalanan sənədlər qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcəkdir

image-reklam_sirab_01

İmzalanan sənədlər qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcəkdir

 

Azərbaycan Qazaxıstan münasibətlərinin çox qədim tarixi var. Belə ki, azərbaycan və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdir. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.

Azərbaycanla Qazaxıstan arasında əlaqələr əsasən beynəlxalq            təşkilatlar,xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcuddur və əlaqələr bu gün də davam edir.

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılıb və bu il bu əlaələrin 30 illiyini qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında 24 avqust 2022-ci il tarixində görüş keçirilib. Səmimilik şəraitində keçən görüşdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni Cənab İlham Əliyevə təqdim etmişdir.

Dövlət başçımız görüşdə bildirib ki, “Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edirəm”.

Qeyd etmək lazımdır ki, görüş zamanı Qazaxıstanın Azərbaycana hədiyyəsi – işğaldan azad edilmiş Fizuli rayonunda tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi və bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir.

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalandı. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcəkdir.

Bu sənədlərin və Bəyannamənin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir.

 

Aynur Xəlilova  – politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki