image-img-20220623-wa0010backend

İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır

image-reklam_sirab_01

İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.

Özbəkistan Prezidentinin qələbə münasibətilə təbriki Azərbaycanda dost, qardaş sözü kimi qəbul edilir. Çünki Azərbaycan ərazi bütövlüyünün bərpası işində, ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Bu, Azərbaycan xalqı üçün çox qiymətlidir və ikitərəfli münasibətlərin tarixində unudulmaz hadisədir. Azərbaycan və Özbəkistan arasında 20-yə yaxın sənədin imzalanması iki ölkənin strateji müttəfiqliyinin göstəricilərindəndir. Səfər zamanı imzalanmış sənədlər ölkələr arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir. Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzalanması bunu bir daha təsdiqləyir. Cənubi Qafqazda yaranan yeni şərait və dünyann karbohidrogen daşıyıcılarına tələbatın ödənilməsində Azəbaycanın tutduğu mövqe, Rusiya-Ukrayna müharibəsi və başqa amillər iki ölkənin qarşılıqlı münasibətləri və əlaqələrinin də yeni mərhələdə inkişafını aktuallaşdırır. Bu baxımdan, Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında bəyannamə qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətin yol xəritəsidir. Həmin sənəddə xarici siyasətin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. İki ölkə arasında imzalanan müqavilələr əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi, habelə ölkələr və xalqlar arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq.
Özbəkistan işğal dövründə Azərbaycanın ərazi bütövlüyünü fəal şəkildə müdafiə etdiyi kimi, Qarabağın bərpasında da əməli işi ilə seçilir. Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevə Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarı, qardaş köməyinə görə də ayrıca təşəkkürünü bildirib: “Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq”.
Müqavilə və saşizlərin imzalanması görüləcək işlər üçün vacib sayılsa da, ona əməl etmək də mühüm hesab olunur. Bu baxımdan, prezidentlərin tapşırıqların yerinə yetirilməsini nəzarətdə saxlayacaqları barədə açıqlamaları əlaqələrin intensivləşdirilməsi, iqtisadi qarşılıqlı fəaliyyət, ticarət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika, hərbi, qarşılıqlı beynəlxalq fəaliyyət və digər sahələr üzrə yaxşı nəticələrin əldə olunacağına ciddi əsas yaradır.
Prezidentin səfəri, imzalanan sənədlər, dövlət başçılarının çıxış və bəyanatları Azərbaycan Özbəkistan əlaqələrinin, münasibətlərinin dərinləşməsi, inkişafı, perspektivi baxımından əhəmiyyətlidir. Əvvəllər tərəflər bir-birini müxtəlif məsələlərdə dəstəkləyib, müdafiə edirdilər. Bundan sonra tərəflər beynəlxalq normalar çərçivəsinə uyğun olaraq daha əhatəli əməkdaşlıq edəcək. Səfər Azərbaycanın Mərkəzi Asiyada nüfuzunun artmasına, habelə etibarlı tərəfkeş olduğunu bir daha təsdiqləməyə əlavə imkanlar qazandıracaq. İki ölkə arasında perspektivdə təbii qaz, energetika sahəsində əməkdaşlığın genişlənəcəyi istisna olunmur. Zəngin mədəni, tarixi və dövlətçilik ənənəsi olan Özbəkistanla Azərbaycanın strateji müttəfiqliyi regionda da əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına və inkişafa təkan verəcək.

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü
Quliyev Zaur

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki